AnalitikaGündəm

Xankəndi şəhərində qaldırılan Bayraq əbədi dalğalanacaq

Tanınmış Azərbaycan şəhəri Xankəndi bölgəmizin gənc şəhərlərindən sayılır. 5 minillik tarixi olan Naxçıvan, 3 minillik tarixi olan Gəncə, 2 minillik tarixləri olan Bakı, Bərdə ilə müqayisədə Xankəndinin 250 illik tarixi əlbəttə çox az hesab edilir. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.

Ermənilər Qarabağın ən böyük şəhəri olan Xankəndidən də azərbaycanlıları qovurdular. Onları ata-baba yurdunda yaşamağa qoymur, zorla çıxarırdılar. Xankəndi Qarabağın mərkəzində yerləşən şəhərdir. Xankəndi 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal ediləndən sonra yaradılan və 2023-cü ildə təkrar Azərbaycanın nəzarətinə keçənə qədər Qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı idi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək. 30 il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tutdu. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik.

Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.

Ali Baş Komandan Müzzəffər prezident Cənab İlham Əliyev Xankəndində çıxışı zaman qeyd etmişdir: Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Ramin Əliyev,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button