AnalitikaDünyaGündəm
Trend

WUF13-ün Media Mərkəzində qızğın iş gedir

Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ilk günü müxtəlif tədbirlərlə davam etdirilir.

Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən  xəbər verir ki, sessiyanın ilk saatlarından Media Mərkəzində (“Media Center”) qızğın iş gedir.

Mərkəz jurnalistlərin rahat işləməsi üçün hazırlanıb. Burada mətbuat nümayəndələri sürətli internetlə təmin edilir. Media Mərkəzində iş sahəsi, canlı yayım və müsahibə otaqları, mətbuat konfransı zalı, TV studiyaları və media istirahət sahəsi mövcuddur. Ərazidə istirahət zonası da yaradılıb.

Burada yerli və xarici media nümayəndələri xəbərləri operativ şəkildə özlərinin əsas ofislərinə ötürürlər.

Oxşar Xəbərlər

Back to top button