Analitika

Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu

Ermənistan-Azərbaycan münaqişəsinin hazırki mərhələsi 1987-ci ilin sonunda Xankəndi və Ermənistanda yaşayan azərbaycanlılara qarşı hücumlarla başladı. Bu hücumlar soydaşlarımızı öz ata-baba yurdlarından didərgin düşməsinə səbəb oldu.

1991-ci ilin sonu 1992-ci ilin əvvəllərində münaqişənin hərbi mərhələsi başladı. İşğalçı siyasət yürüdən Ermənistan Silahlı Qüvvələri 2020-ci ilin 8 noyabr tarixinə kimi doğma torpaqlarımızı işğalda saxladılar. Uzun illər diplomatik danışıqlar, beynəlxalq qurumların qəbul etdiyi qərarlar kağız üzərində qaldı,ərazi bütövlüyümüzün tamlığı istiqamətində fayda verəcək heç bir qətiyyətli tədbirlər görülmədi. Lakin nə qədər böyük maneələr olsa da, xalqımızın ümumi birliyi mübarizə yolunda sınmadı, əksinə hər gün milli ruh daha da möhkəmləndi, prezident İlham Əliyevin rəhbərliyi altında yeni bir vətənpərvər mübariz nəsil yetişdi. Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu regionda sülh və təhlükəsiz üçün əsas təhdiddir və hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Bunun nəticəsində Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpa olunması üçün vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. Cənəb Prezident İlham Əliyevin yürütdüyü düzgün siyasət nəticəsində “İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioritet i və strateji hədəfi olub.”

Bu gün Azərbaycan xalqının həyatında ən şanlı, ən qürurlu gündür. 44 gün sürən hərbi əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhəri işğaldan azad edildi. Keçilmiş tarixi yolu yaxşı xatırlatdığımız üçün bu gün qürurla qeyd etdiyimiz Zəfər Gününün heç də asan əldə edilmədiyini hamımız yaxşı bilirik. Torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalmış vətən övladlarının xatirəsini ehtiramla yad edirik. Qarabağ Azərbaycandır!

Leyla Fətəliyeva,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button