AnalitikaGündəm

Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 1991-ci il sentyabrın 3-dən Naxçıvandan başlanan müstəqillik yolu uğurla davam etdirildi

Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi müasir müstəqil Azərbaycan dövlətçilik tarixinin ən mühüm səhifələrindən biridir. Heydər Əliyev 1991-ci sentyabrın 3-də Naxçıvan Ali Sovetinin sədri seçilir. Təkcə Naxçıvanın yox, bütövlükdə, Azərbaycanın bu günü və gələcəyi üçün taleyüklü məsələlərin həllini prioritet vəzifəyə çevirən dahi şəxsiyyət 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycançılıq ideologiyasının banisi ümummilli liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.  Ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə qayıdışından sonra xarici ölkələrə səfərlərində Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışmışdır. Məhz Heydər Əliyevin ağıllı və uzaqgörən siyasəti nəticəsində azərbaycançılıq təlimi müstəqil Azərbaycanın dövlətçilik ideologiyasına çevrilmişdir. Heydər Əliyevin hakimiyyətə qayıdışının ilk günlərində dövlət quruculuğu, demokratik institutların təşəkkül taparaq inkişaf etdirilməsi siyasət, sosial-iqtisadi, təhsil, mədəniyyət, səhiyyə, infrastruktur sahələrində önəmli islahatların keçirilməsinə start verildi. Dövlət quruculuğu prosesini düşünülmüş şəkildə irəli aparan Heydər Əliyevin dünya təcrübəsinə, ölkəmizin imkanlarına və tələbatlarına uyğun şəkildə dövlət qurumlarının formalaşdırılması, gərəksiz təşkilatların ləğv edilməsi, ehtiyac olan yenilərinin yaradılması yollarındakı səyləri özünəməxsus dövlətçilik siması olan müstəqil bir ölkənin formalaşdırılması ilə nəticələnmişdir. Ulu öndər Heydər Əliyev həmçinin milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə, 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Bununla yanaşı, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar qəbul olundu.  Bütün bunlarla yanaşı, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü, eyni zamanda, aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi. Digər tərəfdən, blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan mədəniyyəti və tarixinin əhəmiyyətini xüsusi qeyd edirdi.  Hər kəsə məlumdur ki,  məhz ümummilli liderin siyasi irsinə, düşüncələrinə əsaslanan iqtisadi inkişaf strategiyası və enerji resurslarından əldə olunan gəlirlərin insan amilinə və modernləşməyə yönləndirilməsi sonda ölkəmizi regionun liderinə çevirmişdir. Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın xilaskarı olan ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu bundan sonra da uzun illər boyu milli dövlətçiliyimizin inkişafına xidmət edəcəkdir.

Səba Rzayeva,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button