Analitika

Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir

Fevralın 19-u İlham Əliyevin növbədənkənar Prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfəri qardaş ölkə Türkiyənin, Ankara şəhərinə etməsi əlaqələrin nə qədər sıx olmasının göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanla görüşdən sonra mətbuata açıqlamalarında iki ölkənin hər zaman çiyin-çiyinə, birlikdə fəaliyyət göstərəcəklərini bildiriblər. Türkiyə Prezidenti  bölgədə davamlı sülhün qalması üçün dəstəklərinin əsirgəməyəcəyini, daim Azərbaycan dövlətinin yanında olacağını qeyd edib.

Fevralın 7si Azərbaycanda keçirilən prezident seçkilərinin Azərbaycanın bütün bölgələrində, eləcə də  işğaldan azad olunmuş torpaqlarda  keçirilməsinin tarixi əhəmiyyətindən danışıb. Daha sonra Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayyəndə heyyətinə qarşı etdiyi məhdudiyyəti qəti şəkildə qəbul etmədiyini və etirazını bildirib. Türkiyə prezidenti iki ölkə arasında iqtisadi – ticarət əlaqələrinin inkişaf etdiyini, Qars – Naxçıvan dəmir yolu layihəsinin, TANAP təbii qaz kəmərinin Türkiyə və Avropaya nəql edilməsini bu sahədə prioritetlərinin oldugunu öz çıxışında qeyd edib. 6- fevralda baş vermiş zəlzələ zamanı qardaş ölkə Azərbaycanın göstərdiyi dəstək və yardımını xüsusi qeyd edib.

Prezident İlham Əliyev Türkiyə – Azərbaycan birliyinin iki ölkə üçün deyil, bütün Avropa üçün önəmli amilə çevrildiyini qeyd edib. 44-günlük Vətən müharibəsində qardaş ölkənin hər zaman yanımızda oldugunu, iki ölkənin bir – birinə olan dostluq nümunəsini qeyd edib. Azərbaycan prezidenti Türkiyənin bu gün nüfuzundan və dünyada olan söz sahibliyini xususi vurğulayıb.Türkiyə bölgəmizdə əmin – amanlığın, sülhün və işbirliyinin qarantıdır. Qardaş ölkənin bütün uğurlarına sevinərək öz uğurumuz hesab etdiyini deyib. Bu gün iki ölkə arasında təhsil sistemində, hərbi sahədə, ordu quruculuğunda böyük əməkdaşlığın, qarşılıqlı səfərlərin dəvam edəcəyini vurğulayıb.

Prezident İlham Əliyev imzalanan Şuşa Bəyənnaməsinin tərəflərin bu sənədə olan sadiqliyinin nümunəsidir deyərək çıxışına devam edib. Türk Dövlətləri təşkilatını liderlərinin Şuşada qeyri – rəsmi Zirvə toplantısının keçiriləcəyini bu görüşdə açıqlayıb. Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı iki ölkə arasında əməkdaşlığın yeni hədəflərini müəyyən edilməklə yanaşı, bir istiqamətdə yeni layihələrin olacağını deyərək fikrini yekunlaşdırıb.

Səbinə Həsənova,
Yeni Azərbaycan Partiyası Nizami rayon fəal üzvü.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button