
Qazaxıstan rəhbərliyi bir neçə aydan sonra AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq.
“Victorytime.az ” TASS-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev deyib.
“Araşdırma mərhələsi başa çatır, yekun hesabatın hazırlanması mərhələsi başlayır. Düşünürəm ki, səbrli olmaq lazımdır, bir neçə aydan sonra yekun hesabat hazır olacaq”, – deyə Bozumbayev qeyd edib.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşüb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.