AnalitikaGündəmSiyasət

TDT ölkələrinin təhlükəsizlik gündəliyində yeni təhdidlər

Müasir dünyada təhlükəsizlik təhdidlərinin xarakteri dəyişir və yeni risklər meydana çıxır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarını qəbul edən Prezident İlham Əliyev çıxışında terrorçuluq, transmilli cinayətkarlıq, dini ekstremizm və hibrid təhdidlər kimi məsələlərin qarşısının alınması üçün koordinasiyanın vacibliyinə diqqət çəkib.

Bu təhdidlərin mühüm xüsusiyyəti onların bir çox hallarda bir neçə ölkənin ərazisini və informasiya məkanını əhatə etməsidir. Buna görə ənənəvi təhlükəsizlik mexanizmləri ilə yanaşı, dövlətlərarası məlumat mübadiləsi və birgə fəaliyyət də əhəmiyyət qazanır.

Prezident İlham Əliyevin çıxışında təhlükələrin yalnız fiziki deyil, ideoloji xarakter daşıya biləcəyinə də diqqət yetirilib. İnformasiya məkanında yayılan müxtəlif narrativlər, kibermühitdə risklər və sosial sabitliyə təsir göstərən proseslər təhlükəsizlik siyasətində yeni yanaşmaların tətbiqini zəruri edir.

Bu baxımdan TDT-nin təhlükəsizlik şuraları arasında əməkdaşlığın genişləndirilməsi təşkilatın gündəliyində yeni istiqamət yaradır. Bakı toplantısı zamanı bu məsələlərin müzakirə olunması Türk dövlətlərinin təhlükəsizlik sahəsində müasir çağırışlara uyğun koordinasiya mexanizmləri yaratmağa marağını nümayiş etdirir.

Nazlı Ələkbərova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button