AnalitikaGündəm

Suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir

Bu ilki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir.

Cənab Prezident İlham Əliyevin Milli Məclisdə  çıxışı yalnız Azərbaycanın yox, bütövlükdə regionun inkişafının konseptual əsaslarını müəyyən edən, habelə bölgədə sülh və sabitliyin əsaslanacağı konfiqurasiyanın sərhədlərini dəqiqləşdirən tarixi yol xəritəsi hesab olunmalıdır.

VII çağırış Azərbaycan Respublikasının Milli Məclisi ölkə tarixində dövlətin beynəlxalq hüquqla tanınan bütün suveren ərazilərini əhatə edən seçkilərlə formalaşmış ilk parlamentdir. Dövlət başçısının verdiyi bəyanatlar həm də suverenliyə gedən yolda ölkənin hədəfə çatmasını göstərən tarixi yekun və milli dövlətçiliyimizdə yeni mərhələnin başlanmasını göstərən tarixi keçid hesab edilə bilər. Qarabağ müharibəsi və antiterror tədbirlərinin ardınca suverenliyimizin tam bərpa edilməsi bütövlükdə regionda yeni geosiyasi konfiqurasiyaya gətirib çıxardı və separatizmə son qoymaqla Azərbaycan dünya miqyasında tarixi presedent formalaşdırmış oldu. Bu proseslərin təməlində, heç şübhəsiz ki, möhtərəm Prezidentin parlamentin tribunasından da ifadə etdiyi kimi, Azərbaycan xalqının birliyi, siyasi iradə, dövlətin gücü həlledici amillər kimi çıxış edib.

Ölkədə ideoloji işin düzgün istiqamətdə qurulması, xüsusən gənc nəslin tərbiyəsi sahəsində dövlət siyasətinin effektiv formada həyata keçirilməsi, habelə tarixi ənənələrə əsaslanaraq ölkədə çoxmillətli və çoxkonfessiyalı mühitin davamlı şəkildə dəstəklənməsi və bu müxtəlifliyə milli sərvət kimi baxılması möhtərəm Prezidentin də parlamentin tribunasından qürurla ifadə etdiyi milli birliyə gətirib çıxardı. Azərbaycanda güclü ordu quruculuğu prosesinin təməlində dayanan əsas amillərdən biri də məhz bu birlik və möhtərəm Prezidentin insan amilini rəhbər tutan ümumbəşəri niyyətlərə sadiq qalmasıdır. Məhz bu birlik Azərbaycana imkan verdi ki, 2024-cü ildə prezident və parlament seçkilərinin bütün ölkə ərazisində keçirilməsini təmin edə bilsin.Azərbaycan dövlətinin gücünü, xalqımızın əyilməz ruhunu bütün dünyaya göstərdi.

Ramin Əliyev,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button