Analitika

Şuşa bizim əyilməz ruhumuzun rəmzidir

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində – 1992-ci il 8 may tarixində Şuşanın işğalı digər rayonların da işğal altına düşməsinə bir növ təkan verdi. Belə ki, məkrli düşmən yaranmış vəziyyətdən istifadə edərək bir neçə gün sonra Laçını da işğal altına aldı. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu. Beləliklə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yarandı. Azərbaycan xalqı ötən üç onillik ərzində heç vaxt Şuşanın və digər ərazilərimizin işğal altında qalması faktı ilə barışmadı. Ötən müddət ərzində işğala son qoyulması, ölkənin ərazi bütövlüyünün təmin olunması Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayanan əsas məsələ oldu. Hazırda Şuşada erməni vandallarının törətdikləri dağıntıların aradan qaldırılması, şəhərin tarixi-mədəni simasının bərpa olunması məqsədilə həm dövlət qurumları, həm də Heydər Əliyev Fondu tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bunu diqqətə çatdıran Prezident İlham Əliyev “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Şuşanın bərpası istiqamətində işlərin miqyasının ötən hər gün daha da genişlənməsi ona dəlalət edir ki, şəhərin yeni növrağı başlayıb. Biz bundan sonra Şuşanı əbədi olaraq qoruyacaq və buraya bir daha mənfur düşmənin ayağının dəyməsinə imkan verməyəcəyik.

Bəhruz Rüstəmov,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button