Analitika

Şuşa Bəyannaməsi sülhə və inteqrasiyaya yol açır

Tarixi Qars müqaviləsinin hüquqi varisi kimi 100 il sonra imzalanan Şuşa bəyannaməsi Azərbaycan və Türkiyənin birgə müdafiə olunmasını, bir-birini qorumasını, dəstəkləməsini təmin edir. 15 iyun – Milli Qurtuluş Günündə imzalanmış Şuşa Bəyannaməsi həm də Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. İşğaldan azad olunmuş Şuşa şəhərində imzalanan Bəyannamə eyni zamanda iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir: “Şuşa Bəyannaməsi ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər də ölkənin beynəlxalq nüfuzunu artıracaq. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Şuşa Bəyannaməsi həmçinin sülhə və inteqrasiyaya yol açır, bölgədə inteqrasiya proseslərini stimullaşdırır, Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Eyni zamanda, Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq,regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq.

Şuşa Bəyannaməsi, enerji təchizatı və infrastruktur layihələri sahəsində Azərbaycan və Türkiyə arasında əməkdaşlığın dərinləşdirilməsini də nəzərdə tutur. Enerji layihələri, o cümlədən Trans-Anadolu Qaz Boru Xəttinin (TANAP) və Trans-Adriatik Qaz Boru Xəttinin (TAP) kimi layihələr, bu əməkdaşlığın nümunələridir. Bu layihələr, enerji təchizatının güvənliliyini təmin edir və iki ölkə arasında enerji əməkdaşlığının genişləndirilməsini təmin edir. Bu bəyannamə Azərbaycan və Türkiyənin beynəlxalq enerji siyasəti sahəsində də əməkdaşlığın genişləndirilməsini də nəzərdə tutur. İki ölkə, beynəlxalq enerji siyasəti platformalarında, qlobal enerji təhlükəsizliyi və səmərəliliyi üçün birgə fəaliyyət göstərir.

Bəyannamə ilə iki ölkə arasında təhsil institutlarının inkişafı və birləşməsi ilə bağlı iradələr ifadə olunur. Bu, təhsil institutlarının quruluş və idarəetmə strukturlarının bərpa edilməsini, təhsil keyfiyyətinin artırılmasını və beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin edir.

Nəticədə Bəyannamə Azərbaycan və Türkiyənin beynəlxalq inkişaf təşkilatları ilə əməkdaşlığının genişləndirilməsini nəzərdə tutulur. Bu, iki ölkə arasında beynəlxalq standartlara uyğunlaşdırılmış təhsil və sair sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsini təmin edir.Bu bəyannamə ilə Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığın daha da möhkəmləndirilməsi və bölgədə sülh, sabitlik və inkişafın təmin olunması üçün güclü bir zəmin yaradılır.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button