Son illər ərzində Azərbaycanda həyata keçirilən layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var
Bu kanal uzun illərdir fəaliyyət göstərib. İllər keçdikcə istismar nəticəsində kanalın böyük bir hissəsi sıradan çıxmışdır. Nəticədə su sizması ətraf ərzilərin şoranlaşmasına gətirib çıxarıb. Bu kanal 1958-ci ildə inşa edilib.
Nəzərdə tutulub ki, kanal yenidən inşa edilsin və minlərlə insan bu layihədən yararlansın. Bərpa işlərindən sonra kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 km.dən çox olacaq. Bu icranın başa çarmasından sonra 230 min hektar əkin sahəsini əhatə edəcək. Haçıqabul gölü 10 ildən çoxdur ki quruyub. Bu kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun təbiətə müsbət təsiri olacaq. Son illərdə infrastruktur layihələri geniş miqyas alıb. Məsələn elektrik enerjisi, avtomobil yolları, dəmiryolları, su kəmərləri, o cümlədən içməli su layihələri artıq öz səmərəsini göstərməkdədir. Şimal və qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həçmi artırılmışdır. Bu baxımdan Şirvan kanalı bu layuhələrin icində ən əhəmiyyətlisi olacaq.
Qarabağ kanalının inşası isə gələn il başlayacaq. Bu kanal 115 min hektar sahəni əhatə edəcək. Bu su anbarlarımız gücünə görə 9 rayonu əhatə edəcək. Kənd təsərrüfatının inkişafı məşğulluğun artması, bir başa vətəndaların rifah halinin yaxşılaşdırılmasına xidmət edir. Müasir dövrdə iqlim dəyişikliyi ilə əlaqədar böyük narahatlıq var. Bu Azərbaycanda da özünü göstərir. Bu il hava kifayət qədər yağıntılı olduğuna görə su anbarlarında ehtiyatımız var. Ancaq əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Bizim dağlarımıza daha az qar yağırdı. Çaylarda suyun səviyyəsi aşağı düşür və quruyurdu. Hətda Xəzər dənizinin dayazlaşması göz önündədir. Belə olan halda su ehtiyatlarından səmərəli istifadə etmək başlıca vəzifəyə çevrilir. Biz bir çox sahələrdə infrastruktur layihələri həyata keçirmiş, problemləri həll etmişik. Qarşıda duran vəzifə isə içməli su və suvarma layihələri olacaq. Hər bir vətəndaş suya qənaət etməlidir. Şirvan və Qarabağ kanalları taxta körpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Gələcəkdə Azərbaycanda 10 dan çox su anbarı inşa ediləcək. Ermənistan vaxtilə təkcə torpaqlarımızı deyil su ehtiyatlarımızı da işğal etmişdi.
Vətən müharibəsi və antiterror əməliyyatları nəticəsində biz öz su mənbələrimizə tam sahib olmuşuq. Qarabağ və Şərqi Zəngəzurda olan su ehtiyatları bizim ümumi ehtiyyatlarımızın 25%-ni təşkil edir. Bir müddət əvvəl Ağdamda Xaçıncay su anbarının açılışı olmuşdir. Füzuli rayonunda da su anbarının açılışı olacaq. Hazırda Zabux su anbarının inşası gedir. Suqovuşan su anbarı da yenidən qurulub. Həkəriçay, Bərgüşadçay su anbarlarıınn inşası isə nəzərdə tutulub. Bu zaman yeni əkin yerlərinin sahəsi 100 min hektara yaxın olacaq. Bu görülən işlərin dünyada misli bərabəri yoxdur. Bir tərəfdən yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları cəmi 3 il ərzində görülmüş bu işlər dövlətimizin hökumətimizin iradəsini göstərir. İndi Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi hökumətin önəmli təşəbbüsüdür. Bundan sonra biz Xəzərin suyundan da həm suvarma həm də içmək üçün istifadə edəcəyik. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri və kənd təsərrüfatı işləri geniş vüsət alıb. Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Nəticədə ən müasir texnologoyaların tətbiqi nəticəsində burada məhsdarlıq geniş vüsət alacaq. Təbii şərait Qarabağ və Zəngəzurda həm heyvandarlıq həm də bitkiçilik üçün çox böyük imkanlar yaradır.
Murad Zeynalov
YAP-ın fəalı