Son 30 il ərzində ölkəmizin çoxmilyardlı investisiya portfeli yaranmışdır
Prezident İlham Əliyevin cari ilin 26 oktyabr tarixində 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində ölkə başçısı cənab İlham Əliyev olduqca əhəmiyyətli və vacib məqamlara toxunaraq Azərbaycanın xarici investisiyalar üçün çox açıq ölkə olduğunu vurğulamışdır. Son 30 il ərzində ölkəmizin çoxmilyardlı investisiya portfeli yaranmışdır. Azərbaycana olunan ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Şübhəsiz ki, Azərbaycanın neft və qaz ixracına hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Elə bu məqsədlə də çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və neft və qaz hal-hazırda müxtəlif istiqamətlərə ixrac edilir.
Həmçinin Cənab Prezident Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri ilə davamlı olaraq strateji tərəfdaşlıq, iqtisadi inkişaf və enerji məsələləri mövzusunda müzakirələr aparıldığını diqqətə çatdırmışdır. Hal – hazırda ən aktual mövzulardan biri enerji təhlükəsizliyidir. Qaradağ Günəş Elektrik Stansiyası regionda ən böyük günəş elektrik stansiyasıdır ki, bu da əməkdaşlığımızın inkişafına töhfələr verməkdədir.
Azərbaycanın qarşıda duran əsas prioritet məsələsi enerji resurslarının daha da inkişaf etdirilməsidir. Enerji təhlükəsizliyi milli təhlükəsizlikdir. İxrac potensialı artdıqca ölkələr arası tərəfdaşlıq daha da möhkəmlənəcək.
Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.