Serbiya – Azərbaycan əlaqələrinin inkişafı
Azərbaycan xarici siyasətində hər zaman dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Azərbaycana bu gün yaxın tərəfdaş və dost olan ölkələrdən biri də Serbiya Respublikasıdır. Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. İlk növbədə bildirməliyəm ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır.
İki ölkə arasında əlaqələrin inkişafına təkan verən mühüm amillərdən biri də Belqradın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasında olmasıdır. Azərbaycan və Serbiya arasında əməkdaşlıq ticarət, nəqliyyat-logistika, müdafiə sənayesi və energetika sektoru kimi sahələri əhatə edir. Əldə edilmiş razılıqlara əsasən isə bu və digər sahədə əməkdaşlıqlar daha da genişləndiriləcəkdir. Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlər isə 1997-ci il avqustun 21-də yaradılıb.Iki ölkə arasında əlaqələr uğurla inkişaf edir. Azərbaycan və Serbiya dost, strateji tərəfdaş dövlətlərdir. Son illər ərzində əldə olunan uğurlar deməyə əsas verir ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək. Serbiya ilə Azərbaycan arasındakı əlaqələrdə humanitar sahənin çox önəmli yer tutur, dost ölkənin xalqına, mədəniyyətinə, ədəbiyyatına respublikamızda böyük maraq, hörmət göstərilir, turizmin qarşılıqlı şəkildə inkişaf etdirilir.Iki dövlətin iqtisadi maraqlarının təmin edilir, Azərbaycan şirkətinin bu ölkədə yol tikintisində uğurla fəaliyyət göstərir, kənd təsərrüfatı, mədəniyyət, idman və digər sahələrdə daha böyük nailiyyətlər əldə ediləcəyi ilə bağlı böyük potensial var. Ölkələr arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması ilə bağlı memorandumun imzalanması iqtisadi münasibətlərin inkişafı üçün etibarlı siyasi zəmin formalaşdırır. İqtisadi münasibətlər siyasi münasibətlər üzərində qurulur və burada ölkə liderləri arasındakı dostluq münasibətləri çox önəmlidir.
Serbiya ilə dostluq münasibətlərinin bu dövlətin işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yenidən qurulmasına da yolunu açdığını iqtisad, yaxın gələcəkdə Serbiya şirkətlərinin də Qarabağda, Şərqi Zəngəzurda fəaliyyətlərini görə bilərik. Azərbaycan-Serbiya iqtisadi münasibətləri üçün zəngin perspektivlər və etibarlı siyasi dayaq mövcuddur. Azərbaycan öz imkanlarını, potensialını bölüşməyi bacaran və ən əsası potensial imkanlarını siyasi təsir vasitəsinə çevirməyən, multikultural bir dövlətdir. Bütün bunlar yaxın gələcəkdə Azərbaycan-Serbiya iki və çoxtərəfli əlaqələrinin sürətlə inkişaf edəcəyinə əminlik yaradır.
‘’Biz strateji tərəfdaşıq. Çünki strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkələrimiz arasında mövcud olan münasibətlərdən, bunun inkişafı meyillərindən belə bir nəticə hasil olur ki, Azərbaycan-Serbiya əlaqələri yaxın gələcəkdə daha da inkişaf edəcək və bütövlükdə regionda sülhə, sabitliyə, demokratik inkişafa, sosial-iqtisadi yüksəlişə təkan verəcəkdir.
Mətanət Cəfərova,
YAP-ın fəalı