Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.
Victorytime.az “Qafqazinfo”ya istinadən xəbər verir, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.
Qeyd edək ki, Seçki Məcəlləsinin tələblərinə əsasən, bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir. Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası elan edir.
Bu seçkilər hər 5 ildən bir keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə baş tutub.