Gündəm

“Sabibkar qadınların prezident seçkilərində fəal iştirakı” adlı tədbir həyata keçirilib

2 fevral 2024-cü ildə Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyası, Bərabər İnkişaf Naminə Koalisiyası və Gənclər İnkişaf Naminə İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Sabibkar qadınların prezident seçkilərində fəal iştirakı” adlı tədbir həyata keçirilib.

Victorytime.az xəbər verir ki, 50-yə yaxın sahibkar qadının iştirakı ilə baş tutan tədbirin əsas məqsədi cəmiyyətdə aparıcı rola malik qadınların xüsusilə də sahibkar qadınların Azərbaycanın inkişafı və daha da güclənməsi üçün seçki günü mütəşəkkil qaydada seçki məntəqələrinə gəlmələrinin vacibliyinə və onları bu sahədə fəal iştirakına səsləməkdir.

İlk öncə Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və Ümummilli lider Heydər Əliyevin xartirəsini bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbir Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyasının İdarə Heyətinin sədri Vəfa Əfəndiyevanın açılış nitqi ilə açıq elan edilib. Tədbir haqqında geniş məlumat verilib.

Sonra isə Gənclər İnkişaf Naminə İctimai Birliyinin sədri Rəvan Cəfərli son bir il ərzində AQSAS və GİNİB-in birgə həyata keçiridi 38 uğurlu layihələrdən, həmçinin Rəvan Cəfərli, Vəfa Əfəndiyeva və Eltac Cəbiyevin müəllifi olduğu “Azerbaycan Tarixinin Şanlı Səhiflərində İlham Əliyev“ adlı kitabdan danışıb. Daha sonra sədr: “Gənclərimizi ve qadinlarımızı qarşıdan gələn prezident seçkilərində fəal olmağa çağırıram. Seçmək və seçilmək hüququ olan hər bir Azərbaycan vətəndaşının ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan böyük siyasi kampaniyada – prezident seçkilərində iştirak etmələri zəruridir. Azərbaycan gəncləri fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərinin səsvermə gününü səbirsizliklə gözləyir. Bütün yollar sabitliyi, inkişafı, zəfəri və İlham Əliyevi göstərir. Ölkəmizi qalib ölkəyə, xalqımızı qalib xalqa çevirən, dövlətimizi regionun lider dövləti səviyyəsinə qaldıran, Dünyada söz sahibi edən, Vətənimiz Azərbaycanı bütün varlığı ilə sevən, sevdiyi xalqımıza qırılmaz tellerlə bağlı olan alternativsiz liderimiz İlham Əliyevə səs verib, etimad göstərmək hər birimizin vətəndaşlıq borcudur. Ona görə də, inanıram ki, müdrik xalqımız, 7 fevral seçki məntəqlərinə gedəcək və uğurlarımızın davamına səs verəcəkdir!“ deyə qeyd edib.

Daha sonra isə Bərabər İnkişaf Naminə Koalisiyasının sədri Təranə Kərimova söz verilib. Sədr: “Müstəqil və bütöv Azərbaycanın inkişafı və daha da güclənməsi üçün seçki günü seçki məntəqələrinə gəlmələrinə, onları bu sahədə fəal olmağa çağırırıq. Mütərəqqi haldır ki, şərq ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda 1918-ci ildə qadınlara seçki hüququ verilib. Azərbaycan müstəqillik əldə edəndən sonra qadınlar demokratik şəraitdə keçirilən seçkilərdə iştirak edərək azad şəkildə öz iradələrini ifadə ediblər. Azərbaycanda qadın nazirlər, icra hakimiyyəti başçısı olub. Bu gün Azərbaycanda sahibkar qadınlar üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Cənab İlham Əliyev Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirir. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilmiş, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur. Ölkəmizin 20 ildə əldə etdiyi real artım göstəricisi Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi nüfuzlu təşkilatlar tərəfindən də ən yüksək artım kimi qiymətləndirilir. Ölkə başçımız İlham Əliyevin dövlətimizə rəhbərlik etdiyi 20 il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, ölkəmizin nüfuzu Beynəlxalq səviyyədə güclənmiş, Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Bütün liderlilik xüsusiyyətlərini özündə cəmləşdirən, yüksək intellekti, dərin analitik istedadı, mahir diplomatlıq bacarığı, unikal idarəçilik keyfiyyətləri İlham Əliyevi liderlik etolonuna qədər yüksəltmişdir. Sizi 07 fevral 2024-cü ildə böyük coşqu ilə məntəqələrə gəlib, Dünya səviyyəli liderimiz İlham Əliyevə səs verməyə dəvət edirəm“ deyə qeyd edib.

Növbəti çıxışçılar Bərabər İnkişaf Naminə Koalisiyanın üzvləri Venera Əsgərova və Yeganə Hajıyeva da öz növbəsində qadınları növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə çağırıblar. Həmçinin Prezident İlham Əliyevin xarici siyasətindən və dünya miqyasında uğurlarından danışıblar.

Daha sonra çıxış edən Sosial, İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva 2012-ci il ABŞ prezident seçkilərini xatırladaraq qeyd edib ki, Barak Obamaya səs verənlərin 55%-i qadınlar idi və o zaman mətbuat qadınların Obamanı təkrar seçdiyini bildirib. Qadınlar hər bir cemiyyətdə böyük qüvvə olduğunu qeyd edib. Davamlı iqtisadi uğurlara səs verək deyən Zülfiyyə Nuriyeva qeyd edib ki , göstərilən hədəfə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, rəqabətqabiliyyətliliyin və ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətləri göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilmişdir. Azərbaycan biznesə başlama sahəsində dünyanın ən yaxşı təcrübələrindən birinə malikdir. Hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfra endirilib. Nitqinin sonunda isə «Biz beynəlxalq münasibətlər sistemini düzgün təhlil etməyi bacaran, milli təhlükəsizli və daxili sabitliyi qorumağı bacaran liderin növbəti illərdə də ölkəmizi idarə edərək inkişaf etdirməsini istəyirik. Buna görə də bizi uğurlara aparan Cənab Prezidentimiz İlham Əliyevə səs verəcəyik» qeyd edib.

Sonda isə Milli Dəyərlər Üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Gülşən Behbud vətəndaşları, xüsusiylə də qadınları seçkilərdə fəal olmağa çağırıb.

Tədbirin sonunda İlhamə Şirinova qonaqlara təşəkkürünü bildirib və xatirə fotosu çəkilib.

   

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button