GündəmSiyasət

Rusiyanın cinayətləri üzrə Xüsusi Tribunal yaradıldı

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya təcavüzü cinayəti üzrə Xüsusi Tribunalın yaradılması haqqında sazişi ratifikasiya edən sənədləri imzalayıb.

Victorytime.az  xəbər verir ki, bu barədə dövlət başçısı “Telegram” hesabında açıqlayıb.

Onun sözlərinə görə, bu yaxınlarda dövlətlə Avropa Şurası arasında müvafiq saziş imzalanıb və tribunalın faktiki yaradılması prosesinə başlamaq üçün indi dərhal ratifikasiya edilməlidir: “Mən həmçinin lazımi qanunvericilik dəyişikliklərini mümkün qədər tez hazırlayıb Ukrayna Ali Radasına baxılması üçün təqdim etməyi tapşırdım ki, tribunalın yaradılması haqqında sazişin tam icrası üçün bizim tərəfimizdən hər şey yüz faiz təmin edilsin. Xalq deputatlarından xahiş edirəm ki, bu məsələyə yubanmadan baxsınlar.

Artıq bu il Rusiya hiss etməlidir ki, onların təcavüz cinayətinə görə məsuliyyəti qaçılmazdır və Rusiyanı məsuliyyətə cəlb etmək üçün beynəlxalq hüquqi proses həqiqətən başlayıb. Təcavüz cinayətdir və Rusiyanın bu cinayətə görə həqiqətən qaçılmaz cəzası dünyada öz xalqı üçün dinc həyat istəyən hər kəsin qlobal marağıdır”.

Oxşar Xəbərlər

Back to top button