
ABŞ Dövlət Departamenti İsrail və Livan arasında onilliklər ərzində keçirilən ilk yüksəksəviyyəli görüşün məhsuldar olduğunu və prosesin birbaşa danışıqlara başlamaq məqsədilə davam etdiriləcəyini açıqlayıb.
Aktualinfo Media Qrup xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonda İsrail və Livanın ABŞ-dəki səfirləri ilə keçirilən iki saatlıq görüşdən sonra bildirib ki, bütün tərəflər qarşılıqlı razılaşdırılmış vaxt və məkanda birbaşa danışıqlara başlamaq barədə razılığa gəliblər.



