“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun İstanbul klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Victorytime.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o bu haqda “Beşiktaş”a qarşı keçiriləcək derbi matçından öncəki mətbuat konfansında danışıb:
“Birinci səbəb odur ki, mənə hücumçu lazım deyil. Kriştianu həmişə Kriştianudur, amma ona ehtiyacım yoxdur. Çünki hücumçularımdan razıyam. Ronaldo Səudiyyə Ərəbistanında yaxşı pul qazanır və hədəfi 1000-ci qolu vurmaqdır. Kriştianunu İstanbulun gözəlliyindən başqa heç nə maraqlandırmaz”.
Qeyd edək ki, daha əvvəl mətbuatda Mourinyonun Ronaldoya şəxsən zəng edərək onu “Fənərbaxça”ya dəvət etməsi ilə bağlı məlumatlar yayılmışdı.