Elm və TəhsilGündəm

“Rəqəmsal məktəb” platforması: Müəllim fəaliyyətinə dair valideyn rəyi

“Rəqəmsal məktəb” platformasının “Valideynlərin rəyləri” bölməsi vasitəsilə valideynlər övladlarına dərs deyən müəllimlərin fəaliyyəti barədə rəy bildirmək imkanına malikdirlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Victorytime.az-a bildirilib ki, valideynlər platformaya daxil olaraq övladlarına dərs deyən müəllimlər haqqında müvafiq meyarlar üzrə fikir və təkliflərini qeyd edə, dərslərin təşkili, müəllimin şagirdlərlə münasibəti barədə rəy verə bilirlər.

Valideynlər tərəfindən təqdim olunan rəylər “Rəqəmsal məktəb” platformasının məktəb direktoru səhifəsində əks olunur. Toplanılan rəylər tədris prosesinin təkmilləşdirilməsi, müəllim fəaliyyətinin qiymətləndirilməsi və şagirdlərin inkişafının daha yaxından izlənilməsinə şərait yaradır.

Qeyd edək ki, bölmənin yaradılmasında əsas məqsəd müəllim-valideyn əməkdaşlığının gücləndirilməsi və təhsilin keyfiyyətinin daha da yüksəldilməsindən ibarətdir.

Oxşar Xəbərlər

Back to top button