Analitika

Qubadlının azad edilməsi

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı və 44 gün davam edən əks-hücum əməliyyatlarının  29-cu günü, oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından  azad edilib.

Vətən müharibəsi zamanı rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə  vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan   Silahlı  Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı.

Ətrafda yerləşən kəndlər, o cümlədən Qubadlı rayonunun  Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri  oktyabr  ayının  23-də  işğaldan  azad edildi. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident  İlham Əliyev  25  oktyabr 2020-ci il tarixində xalqa etdiyi  müraciətində  Qubadlı rayonunun Padar, Əfəndilər, Yüsifbəyli,  Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan  yaşayış məntəqələrinin və Qubadlı şəhərinin   Azərbaycan  Ordusu tərəfindən işğaldan azad olunmasını elan  etdi.

Qubadlını  azad   etmək   üçün  ilk   növbədə  ermənilərin  istehkamları   məhv   edilərək   bəzi  yüksəkliklər   ələ  keçirilib. Ermənistan  ordusu  Qubadlıda   xeyli  canlı  qüvvə   və  texnika  itirib. Zəngəzur   dağları  ilə  Qarabağ  silsiləsi  arasında   yerləşən  Qubadlı  şəhəri  işğaldan   azad  olunan  dördüncü   böyük  yaşayış  məntəqəsi  idi.Qubadlı  Laçın  dəhlizinə  gedən  rayondur.  Şəhərin  azad   olunması  ilə  Azərbaycan   Ordusunun   Laçın  rayonuna  yolu  açılıb, Azərbaycan  Silahlı  Qüvvələri   Laçın  dəhlizi  istiqamətində  irəliləməyə  başlayıb.  Qubadlı  rayonu həm də  Ermənistanla  Azərbaycan  arasında   rəsmi  dövlət   sərhəddində  yerləşən  ərazidir. 2020-ci  il  noyabrın  26-da  “ Qubadlının  azad  olunmasına  görə”  medalı  təsis   edildi.Rayonun   bir  hissəsi   aran  olsa  da, əsas  hissəsi  dağlıqdır. Qağlıq  yerlər   meşə  örtüyünə   bürünmüşdür.  Ərazisində  daim  axarlı  Həkəri   və   Bərgüşad   çayları  keçir. Qubadlı  və  onun  ətrafında   yerləşən   kəndlər   hələ   XVlll  əsrdə  Qarabağ   inzibati  ərazisinə   daxil   idi. Qubadlı   şəhəri  Qarabağ  yaylasının  cənub- şərqində  yerləşir.  Ermənistanın  Gorus, Qafan  rayonları   və  Zəngilan,  Cəbrayıl,  Laçın  və  Xocavənd  rayonları  ilə  həmsərhəddir. Qubadlı  Azərbaycan   tarixinə  görkəmli  şəxsiyyətlər  vermişdir.  Biz   fəxr  edirik  ki,Qubadlıda  Qaçaq   Nəbi, Əliyar   Əliyevdən  başlanan  qəhrəmanlıq  yolu  bu gün   Şükür   Həmidov    və  digərləri   tərəfindən   davam  etdirilir.  Qarabağ  müharibəsi   iştirakçısı,  Milli   Qəhrəman  polkovnik   Şükür   Həmidov   da  məhz  Qubadlı  rayonunun   yetirməsidir. Polkovnik   Həmidov   2016-cı  ilin  aprelində  erməni  işğalçıları  ilə   döyüşdə   göstərdiyi  qəhrəmanlıq,  Lələtəpə  yüksəkliyinin   düməndən   azad  edilməsindəki   böyük   şücaət   göstərərək   Milli   Qəhrəman  adına  layiq   görülmüşdür.

Bütün  bunlara  görə,  Ali   Baş  Komandan,böyük   sərkərdə,  bu  Qələbəni  bizə  yaşadan  cənab   İlham  Əliyevə  borcluyuq. Vətən  uğrunda   canını  qurban  vermiş   şəhidlərimizin    ruhu   qarşısında   baş  əyirik. Yurd yerlərimiz,işğaldan  azad   olunmuş   ərazilərimiz   yenidən   qaynar  həyatına   dönəcək.  Qarabağ   Azərbaycandır!  Yaşasın  müstəqil, azad  Azərbaycan.

Nəsirova Ofelya,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button