Analitika

Qisasın alındı Xocalı !

Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə yazıldı. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olması faktıda qəddar düşmənlərimizin bizə qarşı əsl milli soyqırım məqsədini və onların vəhşi xilqətini üzə çıxarır.Bunlar az imiş kimi Xocalıda 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

Nəhayət Azərbaycan ordusu bu qətliamdan 28 il sonra 2020- ci ildə 44 günlük Vətən müharibəsində ədaləti bərpa etdi. Xocalıya ədalət! Günahsız qətlə yetirilmiş, soyqırıma məruz qalmış bacı və qardaşlarımızın qisası alındı. Onların qanı yerdə qalmadı. Bu savaşda Xocalı qatilləri, insan cəlladları məhv edildi.

Biz öz prezidentimizə güvənirik və daima onu dəstəkləyirik. Məhz onun uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Qürurla demək olar ki, 7 fevral tarixində keçirilən növbədənkənar Prezident seçkiləri bütün ölkə ərazisini əhatə etdi, seçki məntəqələrinin sırasına Qarabağda yerləşən seçki məntəqələridə daxil oldu. Prezident və ailəsi Xankəndidə səs verdi. Sızlayan yerimiz olan Xocalıda, Xocalı sakinləridə səs verdilər. Artıq doğma bayrağımız Xocalı səmalarında dalğalanır. Artıq Xocalı azaddır! Artıq Xocalıda məhv edilən körpələrimizin ruhu rahatdır! Sən azadsan Xocalı! Sən azadsan doğma Vətənim!

Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button