AnalitikaGündəm

Qələbəmizi əbədiləşdirən Zəfər Parkı

Zəfər parkı, xalqın bu birliyini və mübarizliyini gələcək nəsillərə çatdırmaq üçün yaradılmış bir məkandır. Parkda keçirilən tədbirlər, konsertlər, sərgilər və anım mərasimləri vətənpərvərlik ruhunun yayılmasına və xalqın bu qələbəyə olan bağlılığının əbədiləşdirilməsinə xidmət ediəcək. Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın bu zəfərindən sonra beynəlxalq aləmdəki mövqeyinin daha da gücləndiyini və ölkənin dünya miqyasında önəmli bir güc mərkəzinə çevrildiyini vurğuladı. O, həmçinin, Ermənistanın Qarabağdakı işğalına son qoyulmasının və regionda sülhün bərpa olunmasının Azərbaycanın strateji üstünlüyünü artırdığını qeyd etdi: “Biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırır, Ermənistan silahlanır, biz adekvat addım atmağa məcburuq. Otuz illik işğal tarixi bizim yaddaşımızdan silinmir və bayaq dediyim kimi, heç vaxt silinməməlidir. Biz hər an yeni təxribata hazır olmalıyıq və hazırıq. Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir”.

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

Oxşar Xəbərlər

Back to top button