Analitika

Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi istiqamətində atılan mühüm bir addımdır

“Oktyabrın 26-da regionda ən böyük günəş elektrik stansiyası olan və 230 MVt gücə malik Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. Şübhəsiz ki, bu hadisə Prezidentimizin hakimiyyəti dövründə ölkəmizin qeyri-neft iqtisadiyyatına yatırılan ən böyük xarici investisiyalardan biri olmaqla, Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi istiqamətində atılan mühüm bir addımdır. Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın bərpaolunan enerji sahəsində zəngin potensiala malik olduğunu göstərir və regionda enerji siyasətinə istiqamət verən əsas ölkə olduğunu bir daha sübut edir”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, bu gün böyük əminliklə Azərbaycanın yalnız neft deyil, təbii qaz, elektrik enerjisi ixracatçısı kimi artan rolundan geniş bəhs edirik. Azərbaycanın dövrün hər bir çağırışını yüksək səviyyədə cavablandırmaq üçün böyük potensiala malik olması tərəfdaşlarının sayının artmasında, iqtisadi əlaqələrinin daha da genişləndirilməsində əhəmiyyətli rol oynayır. Qaradağ Günəş-Elektrik Stansiyası 230 meqavat gücündə olmaqla öz növbəsində həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, həm də ixrac imkanlarını genişləndirəcək. Qaradağ Günəş Elektrik Stansiyasının qısa müddətdə açılış mərasiminin keçirilməsi özündə mühüm məqamları ehtiva edir.

Onun sözlərinə görə, Azərbaycan artıq özünü etibarlı neft və təbii qaz tədarükçüsü kimi təsdiqləyib və bu gün biz “yaşıl” enerjinin inkişafı yolundayıq və bu sahədə də öz sözümüzü demək niyyətindəyik. Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi yolunda atılan addımlar təkcə günəş və ya külək elektrik stansiyaları ilə kifayətlənmir. Xüsusilə işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialı effektiv şəkildə inkişaf etdirilməkdədir.

Oxşar Xəbərlər

Back to top button