Analitika

Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər, müntəzəm olaraq ictimaiyyətə  çatırılır

27 sentyabr 2020-ci il tarixdə başlayan 2-ci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə başa çatdı. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı işlər Vətən Müharibəsində qazandığımız uğurların nəticəsidir. Qarabağda və Şərqi Zəngəzurda gerçəkləşdirilən dövlət əhəmiyyətli layihə və proqramalara möhtərəm Prezidentimiz İlham Əliyev şəxsən özü rəhbərlik edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq layihələrinin icrası ilə bağlı IX Qlobal Bakı Forumunun Şuşada “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və inkişafına baxış” mövzusunda keçirilən  iclasda da ətraflı məlumat verilib. Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində Qarabağda və Şərqi Zəngəzurda gedən işlərə də toxunub. Qarabağda və Şərqi Zəngəzurda gedən işlərə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verildiyini də bildirib. Qarabağda bölgə iqtisadiyya­tının dirçəldilməsi, erməni faşiz­minin bu ərazilərdə yerlə-yeksan etdiyi şəhər və kəndlərimizin ən qısa zamanda bərpası, yenidən qurulması, buraya qayıdışın tezliklə təmin edilməsi üçün azad edilən ərazilərdə geniş həcmdə tikinti-quruculuq, abadlıq işləri görülüb, ərazilərin minalardan təmizlənməsi, lazımi infrastruktu­run yaradılması diqqət mərkəzində saxlanılır. İğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturunun qurulması layihələrinin icrası da xüsusi diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev deyib: “İnfrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayon­larında aparılan çoxşaxəli və irimiqyaslı bərpa-quruculuq işləri artıq geniş vüsət almışdır. Göründüyü kimi, Qarabağın və Şərqi Zəngəzurun bərpası, bu bölgələrdə zəruri quruculuq işlərinin aparılması ölkəmizdə prioritet istiqamət kimi müəyyən edilmiş və uğurla davam etdirilməkdədir.Ölkəmizdə aparı­lan quruculuq işlərində fəal iştirak edən və bu sahədə ciddi uğurlar qazanan Heydər Əliyev Fondu da Qarabağın mədəni irsinin bərpa edilməsində və humanitar yönlü obyektlərin yaradılmasında yaxın­dan iştirak edir. Qara­bağ və Şərqi Zəngəzurda su, günəş, külək enerjisindən istifadə edilməsi üçün lazımi şərait oldu­ğundan alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə xüsusi önəm verilir. Bütün bu tədbirlər Prezi­dent İlham Əliyevin rəhbərliyi ilə region üçün çox böyük strateji əhəmiyyətə malik olacaq Zəngəzur dəhlizinin gerçəkləşdirilməsini şərtləndirir. Bu dəhlizin reallaşdırılması dünya, eləcə də region ölkələri üçün mühüm önəm daşıyır. Əlverişli coğrafi mövqeyə, zəngin enerji ehtiyatlarına malik Azərbaycan bu gün dünyada qlobal əhəmiyyətli layihələrin müəllifi kimi tanınır. Ölkəmiz həm də Şərqlə Qərbi, Şi­malla Cənubu birləşdirən nəqliyyat qovşağı və logistik mərkəz rolunu oynayır. Quruculuq layihələrinin uğurlu icrası dövlətimizin gücünün nəyə qadir olduğunu dünyaya bir daha aşkarcasına  nümayiş etdirir.

Səba Rzayeva,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button