Analitika

Qarabağa Böyük qayıdışın yolu genişmiqyaslı tikinti-quruculuq, təmir bərpa işlərin­in aparılmasından ke­çir

İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Ermənistanın 30 il ərzində yaratdığı işğalçı qüvvələri darmadağın etdi və düşmən məğlubiyyətini etiraf etdi. Düşmənin ağ bayraq qaldırması ilə yanaşı uzun illərdir işğalda olan ərazilər də öz həqiqi sahiblərinə qayıtdı. Azərbaycan 44 günlük savaş nəticəsində bir tərəfdən Ermənistanın işğalçılıq siyasətinə son qoydusa, digər tərəfdən yüz ildən artıq zaman kəsiyində formalaşdırılan Ermənistan ordusunun saxta döyüşkənlik mifini kökündən məhv etdi. Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları ərziləri xarabalığa çevirmək­lə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəs­əbələrə aparan yolla­rı, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarı­ş-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlə­nməsi olub. Qarabağa Böyük qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən əra­zilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərin­in aparılmasından ke­çir. Erməni vandallarının illərlə törətdikləri vəhşi əməllərə azadlığa qovuşmuş torpaqlarımızın hər qarışında rast gəlinir. Viran qoyulan şəhər və kəndlərimiz, dağıdılan, təhqir edilən məscidlərimiz, yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin nə qədər barbar, vəhşi olduğunu və onun iç üzünü bir daha təcəssüm edir. İşğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıtmaq istəyən vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi dövlət siyasətinin prioritetidir. Artıq bir sıra istiqamətlərdə, xüsusən regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulması, dəmir yolu xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılıb. BMT-nin hesablamalarına görə işğal nəticəsində Azərbaycana dəymiş iqtisadi zərərin həcmi 53.5 milyard ABŞ dolları həcmindədir. İşğal nəticəsində bütün istiqamətlər üzrə Azərbaycana dəymiş zərəri hesablasaq o zaman dəymiş zərərin daha böyük olduğu görərik. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına əsasən işğal nəticəsində Azərbaycanın ekologiyasına və təbii sərvətlərinə ümumilikdə 265 milyard dollar ziyan dəyib. Hərbi Prokurorluq tərəfindən aparılmış kompleks məhkəmə ekspertizasının ilkin hesablamalarına görə isə bütün istiqamətlər üzrə dəymiş maddi ziyanın ümumi həcmi 819 milyard dollar təşkil edir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində regionda başladılan yenidənqurma və bərpa işləri öz bəhrəsini verməyə başlayıb. Prezident İlham Əliyevin çıxışlarında açıqladığı bəyanatlardan bəllidir ki, Böyük Qayıdış keyfiyyətcə yeni bir həyata qayıdış olacaq. 30 il əvvəl hətta yaşayış üçün ən vacib əşyalarını belə götürməyə macal tapmadan öz evlərini tərk etmiş sakinlər layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar. Bunun üçün ilk addımlar hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra atılmağa başlayıb.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button