AnalitikaGündəm

Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

İkinci Qarabağ müharibəsində şanlı Zəfəri xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə öz dövləti və ordusu ətrafında sıx birləşməsi təmin etdi. Düz bir il əvvəl sentyabr ayının 19-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Qəhrəman ordumuzun möhtəşəm zəfəri ilə yekunlaşan bu əməliyyatla bütün torpaqlarımız üzərində dövlətimizin suverenliyi təmin edildi. Bununla da möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik tariximizin növbəti şərəfli səhifəsi yazıldı. Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bütün məziyyətləri ilə yanaşı, dövlətimizin gücünün təsdiqidir. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Prezident İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür. Prezidentimizin verdiyi tapşırıqlara, dövlət proqramı çərçivəsində qəbul olunmuş işlərin icrasına birbaşa özünün nəzarəti, işlərin icra mexanizminə baxışı və orada müəyyən tapşırıqların verilməsi onu göstərir ki, ölkə başçısı verdiyi tapşırırqların necə və nə cür, hansı keyfiyyətdə yerinə yetirilməsilə maraqlanır və həmin işlərin daha yüksək stimulla başa çatmasına böyük təkan verir. Qarabağda və Şərqi Zərgəzurda  yeni struktur yaradılır, sənaye və digər təyinatlı müəssisələr yaradılır, təhsil, səhiyyə və digər obyektlər açılır. 2023-cü il noyabrın 28-də Prezident İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb. Dövlətimizin başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağının bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Əsas tədris binasının qarşısındakı park sökülüb, onun yerində 2,3 hektar ərazidə müasir tələblərə uyğun yeni park salınıb.

Sentyabr ayının 20-də ölkəmiz və xalqımız üçün çox əlamətdar olan gündə Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Universitetlə yaxından tanışlıqdan sonra keçirilən görüşdə ölkə başçısı xüsusi olaraq qeyd edib: “Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi Günü idi”.

Ölkə Prezidenti İlham Əliyev Qarabağ Universitetinin açılışının məhz 20 sentyabr tarixində olması bir daha sübut etdi ki, artıq şanlı tariximizdir. Həmçinin, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Ən önəmlisi gənclər, yəni tələbələr buraya böyük həvəslə gəlməyə başladılar. Ölkəmizin hər bir bölgəsindən ümumilikdə 1200 tələbə var. 600-dən çox bal toplayan tələbələr görüşdə iştirak edirlər və buraya böyük həvəslə gəlmişlər. Dövlətimizin başçısı gənclərin qarşısında bu vəzifəni qoydu ki, “yaxşı oxuyun ki, hər zaman Azərbaycan Zəfər çalsın, hər zaman -əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun!”

Qarabağ Universitetinin 20 sentyabrda açılması çox mühüm tarixi əhəmiyyət kəsb edir, eyni zamanda simvolik mənası var. 20 sentyabrda biz müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ərazilərimiz boyunca suverenliyimizi təmin etdik. Yəni əsl dövlət obrazını Azərbaycan məhz 2023-cü ilin 20 sentyabrında qazanıb, çünki dövlətin üç əsas əlamətlərindən biri ərazi bütövlüyüdür ki, o da həmin gün təmin olundu. Əgər dövlət əraziləri boyunca tam suverenliyə, təsir gücünə malik deyilsə, tam formalaşmış dövlətdən danışmaq olmaz. “Azərbaycan məhz ötən il öz dövlət suverenliyinə qovuşdu. Bununla da Azərbaycan dövləti obrazı tamamlanmış oldu. Bunu ölkə rəhbəri xüsusi vurğuladı. Yəni Suverenlik Günü – 20 Sentyabr Azərbaycan tarixində olduqca önəmli, müasir tariximizin ən qürurverici hadisəsidir. 44 günlük Vətən müharibəsi nə qədər əhəmiyyətli idisə,  antiterror tədbirlərinin uğuru da bir o qədər əhəmiyyətli idi. Ölkə rəhbəri həmçinin beynəlxalq ictimaiyyətin mövqeyinə də toxundu, Azərbaycanın dünyada mövcud olan reallıqları həyata keçirdiyi mesajını verdi. Eyni zamanda Azərbaycanın qarşısında duran məqsədlərə uğurla çata bildiyini və bundan sonra da çatacağını diqqətə çatdırdı. Suverenlik Gününün təsis edilməsi Azərbaycan Ordusunun, xalqının gücünün, iradəsinin göstəricisidir, həm də tarixi yaddaş funksiyasını yerinə yetirəcək. Suverenlik Gününün qeyd olunması Ermənistanın işğalçılıq siyasətini də dünyaya xatırladacaq. “Niyə bu gün təsis olunub?” sualına cavab axtaranda mütləq şəkildə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti diqqəti cəlb edəcək. Bu günün ölkə rəhbəri tərəfindən təsis edilməsi həm xalqımızın qürur, həm tarixi yaddaş günü, həm də regiondakı həqiqətlərin dünya ictimaiyyyətinin yaddaşında saxlanılması mexanizmi rolunu oynayacaq.

Natiq Mahmudov,
YAP Şuşa rayon təşkilatının fəalı  

Oxşar Xəbərlər

Back to top button