İdman

Prezidentin erməni idmançıya 8 il əvvəlki jesti yenidən gündəm oldu

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Ermənistan – Türkiyə (1:2) oyununda qardaş ölkə himninin İrəvanda fitə basılması müzakirələrə səbəb olub.

Victorytime.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bütün idman yarışlarında dövlət himnləri səslənərkən hörmət əlaməti olaraq hər kəs ayağa qalxır və ehtiram göstərir. 

Ermənilər isə əksini ediblər. Onların bu hərəkəti təkcə Azərbaycan və Türkiyədə deyil, bütün idman ictimaiyyətində tənqidlə qarşılanıb. 

Bu məqamda sosial şəbəkələrdə 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarında baş vermiş hadisə yenidən gündəm olub. Belə ki, boks yarışlarında medal qazanan Ukraynanı təmsil edən erməni idmançı azarkeşlər tərəfindən fitə basılsa da, Prezident İlham Əliyev bir jesti ilə buna qarşı çıxıb. 

Ölkə başçısının addımı azarkeşlərin alqışları ilə müşayiət olunmuşdu. 

Qeyd edək ki, İrəvanda baş tutan görüşdə ermənilər Türkiyə himnini fitə bassa da, Türkiyədə baş tutacaq oyunda yerli azarkeşlər Ermənistan himninə ehtiram göstərəcəklərini bildiriblər.

Oxşar Xəbərlər

Back to top button