Siyasət
Prezidentdən 20 milyonluq – Sərəncam
Yeni Qubadlı – Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinə 20 milyon manat ayrılıb.
Victorytime.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20,0 (iyirmi) milyon manat ayrılıb.