
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri Azərbaycan–Avropa münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, aparılan danışıqlar və qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi iki ölkə arasında strateji tərəfdaşlığı daha da gücləndirdi.
Bratislavada baş tutan görüşlərdə siyasi dialoqun genişləndirilməsi, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları və regional məsələlər əsas müzakirə mövzuları olub. Tərəflər həmçinin ticarət əlaqələrinin artırılması, qarşılıqlı investisiya layihələrinin genişləndirilməsi və texnologiya, rəqəmsallaşma, təhsil kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair razılığa gəliblər.
Səfər çərçivəsində imzalanan sənədlər, aparılan danışıqlar və verilən birgə bəyanatlar göstərir ki, Azərbaycan ilə Slovakiya arasında əməkdaşlıq gələcək dövrdə daha institusional və davamlı formatda inkişaf edəcək. Bu isə Azərbaycanın Avropa İttifaqı məkanında mövqelərinin möhkəmlənməsinə, siyasi və iqtisadi əlaqələrinin daha da genişlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin Slovakiyaya səfəri eyni zamanda Avropada sülh, təhlükəsizlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin qurulmasına mühüm töhfə kimi dəyərləndirilir. Səfərin nəticələri yaxın illərdə Azərbaycan–Avropa əməkdaşlığının daha geniş miqyasda inkişafına zəmin yaradacaq.
Musayeva Çinarə,
YAP-ın gənc fəalı



