AnalitikaGündəm

Prezident İlham Əliyevin Qarabağa hər bir səfəri mühüm əhəmiyyətli tarixi hadisələrlə yadda qalır

Prezident İlham Əliyevin Qarabağa hər bir səfəri mühüm əhəmiyyətli tarixi hadisələrlə yadda qalır. Bu səfərlər dünya ictimaiyyəti tərəfindən də böyük maraqla izlənilir. Çünki artıq dünya birliyi də “Qarabağ Azərbaycandır!” reallığını qəbul edib. Dövlətimizin başçısının bir neçə gün əvvəl Xankəndiyə səfəri və bu zaman Qarabağ Universitetinin açılışını etməsi, bu ali təhsil ocağının müəllim və tələbələri ilə görüşü və dərin məzmunlu çıxışı uzun müddət yaddaşlardan silinməyəcək. Prezident İlham Əliyevin 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncamını xatırladıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksək ixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb. Bu il ali təhsil ocağı ilk tələbələrini qəbul edib. Dövlətimizin başçısının açılış gününü və universitetin müəllim və tələbə heyəti ilə görüşünü məhz sentyabrın 20- də keçirməsini daha məqsədəuyğun hesab edib. Çünki bu, artıq şanlı tariximizdir. Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. Prezdent İlham Əliyev dövlət suverenliyimizin bərpasına qədər keçilən çətin və keşməkeşli yollardan da söhbət açıb. Qeyd edib ki, qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Bu tarixi əhəmiyyətli gün qəhrəman oğullarımızın qanı bahasına əldə edilib. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ, öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz. Cəmi bir neçə saat davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatmışdır. Bu tarixi Zəfərimiz bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün əsil nümunə və bir ümid işığıdır. Prezident gələcək hədəflərimizi də diqqətə çatdıraraq deyib ki, gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək – bax, bu, əsas hədəflərimizdir. Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr – Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button