Analitika

Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə

İlham Əliyev-iqtisatiyatımızı genişləndirməyə,neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Son 20 ildə 300 milyard dollardan sərmayə cəlb edilib. Düzdür neft və qaz sektoru iqtisadiyyatımıza çox böyük təkan verir. Bu il neft sektorunda neftin hasilatının cüzi aşağı düşməsi, bizim iqtisadiyyatımızın artımını nisbətən zəiflətmişdir.

Lakin son 20 ildə Azərbaycanın ümumi iqtisadiyyatı dört dəfə artıb,bu isə çox gözəl göstəricidir. Bu 20 il ərzində ölkəmizdə yoxsulluğun səviyyəsi  azalmışdır, bu da onu göstərir ki,əldə edilmiş iqtisadi artım əhalimiz arasında ədalətli-düzgün şəkildə bölünmüşdür. Xarici borcun azalması Azərbaycan iqtisadiyyatının dayanıqlıgını göstərir.

İqtisadiyyat sahəsinə qoyulan investisiyaların qoyuluşu gələcək illərdədə artımı təmin edəcəkdir. Əsas dövlət xərcləri azad olunmuş torpaqlara və Şərqi Zəngəzura yönləndiriləcəkdir. Məcburi köçkünlərin öz torpaqlarında yaşayışlarını təmin etmək üçün, 2026-cı ilin sonuna qədər yaşayış yerlərinin tikilməsi və sosial infrastruktura böyük sərmayənin qoyulması nəzərdə tutulur. Təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial vardır,Avropanın  Azərbaycanın təbii qazına ehtiyacı var və bu ehtiyac artmaqdadır. Əhəmiyyətli inkişaf bərpa olunan enerji mənbələri ilə baglıdır. 230-meqavat gücündə olan günəş elektrik stansiyasının açılışı əhəmiyyətli inkişafın nəticəsidir. Növbəti 5-6 ildə 10 qiqavat həcmində olmasını planlaşdırır. Bununla yanaşı Azərbaycanın neft hasilatı ,ixracatı hələ də bir çox ölkənin təhlükəsizliyinin bir hissəsidir. Bu gün ölkəmiz bir çox ölkələrə Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya və Rumuniyaya qaz ixrac edir. 3500 kilometrlik Cənub Qaz Dəhlizinin Azərbaycanın qaz təchizatını genişləndirməyə imkan yaradacaqdır.

Azərbaycan daxilində risklər yoxdur,siyasi sabitlik və birlik bunu göstərir ki,xalqımızın çox güclü birliyi var,xüsusilə işğal olunmuş torpaqlarımız azad ediləndən sonra.Sabitlik olmasa, iqtisadi inkişaf və təhlükəsizlik olmaz.SPECA Proqramına üzv olan bütün ölkələrlə çox gözəl,mükəmməl əlaqələrimiz var.Qoşulmama Hərəkatına sədrlik edirik.120-üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır. Sədrliyimiz  bizə siyasətimizi,imkanlarımızı göstərməkdə böyük sərait yaratdı.

Azərbaycanın qonşu ölkələrlə münasibəti dostluga və qarşılıqlı münasibətə əsaslanır. Müsəlman ölkələri ilə münasibətimiz həmrəylik və tərəfdaşlıq nümunəsidir. Lakin qonşu Ermənistan bizdən fərqli olaraq qonşuluq münasibətinə əks mövqeylə yanaşır. Azərbaycan sülh sazişini imzalamaq və delimitasiya işini təklif etsədə Ermənistan bizimlə razılıga həvəsli deyil. Azərbaycan sülh sazişinin beş əsas təməl prinsipini hazırlayıb, bu prinsip  beynəlxalq hüquqa əsaslanır. Azərbaycan Ermənistana qarşı hər zaman humanistlik göstərib,onlara hüquqlarının qorunacagı,tədris, din və bələdiyyə hüquqları nəzərə alınacağını dilə gətirib. Bu gün erməni əhalisi heç bir problem olmadan Azərbaycanın müxtəlif yerlərində yaşayırlar. Ermənilər və azərbaycanlılar Rusiyada,Gürcüstanda hətta bir kəndlərdə yaşayırlar deyərək öz müsahibəsini  yekunlaşdırıb.

Səbinə Həsənova,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının fəal üzvü.

Oxşar Xəbərlər

Back to top button