2024-cü ilin 30 sentyabr tarixində Bakıda Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı baş tutdu. Bu hadisə, Prezident İlham Əliyevin milli mədəniyyətimizə, tariximizdə iz qoymuş şəxsiyyətlərə və ənənələrimizə göstərdiyi yüksək diqqətin növbəti təzahürü kimi qəbul edilə bilər.
Bu abidənin açılışı, təkcə Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi deyil, həm də Azərbaycan xalqının mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsinin nə qədər vacib olduğunu göstərir. Prezident İlham Əliyev çıxışında Aşıq Ələsgərin yaradıcılığının Azərbaycan xalqı üçün böyük mənəvi əhəmiyyət kəsb etdiyini vurğuladı. O, Aşıq Ələsgərin təkcə Azərbaycan mədəniyyətində deyil, bütün türk dünyasında da dərin iz buraxdığını qeyd etdi.
Aşıq Ələsgərin əsərləri, Azərbaycan aşıq sənətinin inkişafında mühüm rol oynamış və onun irsi bu gün də milli kimliyimizin ayrılmaz hissəsidir. Prezident Əliyevin bu çıxışı, eyni zamanda milli birliyimizin gücləndirilməsi və xalqımızın tariximizə, mədəniyyətimizə bağlılığının möhkəmləndirilməsi üçün strateji əhəmiyyət daşıyır.
Prezidentin çıxışında xüsusi vurğulanan məqam isə, Qərbi Azərbaycan torpaqlarında Azərbaycan xalqının mədəni irsini silməyə yönəlmiş cəhdlərə qarşı sərt cavab idi. O, Aşıq Ələsgərin abidəsinin ermənilər tərəfindən dağıdılmasını xalqımızın tarixi varlığına edilən hücum kimi dəyərləndirdi və gələcəkdə Ağkilsə kəndində bu abidənin bərpa ediləcəyini qeyd etdi. Bu, təkcə keçmişin canlandırılması deyil, həm də milli irsimizin və hüquqlarımızın bərpası deməkdir. Prezident İlham Əliyevin çağırışı Azərbaycan xalqını birliyə, milli mədəniyyət və tariximizin qorunmasına səsləyir. Aşıq Ələsgərin abidəsi, bu tarixi şəxsiyyətin xatirəsinin yaşadılması ilə yanaşı, milli kimliyimizin və dəyərlərimizin gücləndirilməsinə xidmət edən mühüm bir addımdır.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı