AnalitikaGündəm

Prezident İlham Əliyev həmrəylik ənənəsinin davamı üçün bir çox qərarlar qəbul etmişdir

Dünya Azərbaycanlılarının Həmrəylik Günü bizim üçün sadəcə bir bayram deyil, həm də azərbaycanlıların birliyi və mədəniyyətinin dünya miqyasında tanınması üçün bir vasitədir. Bu bayram xalqımızın illərlə apardığı azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Bu gün münasibətilə keçirilən tədbirlər bütün dünyada yaşayan azərbaycanlılar arasında birliyin gücləndirilməsinə xidmət edir. Bu bayram Azərbaycan xalqının milli dəyərlərini, adət-ənənələrini, bərabərlik ruhunu qorumaq və gələcək nəsillərə ötürmək üçün çox böyük önəm kəsb edir.

Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da keçirilən iclasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi keçirilməsi ilə bağlı qərar qəbul edilib. Qərar qəbul edildikdən sonra hər il 31 Dekabr günü dünya azərbaycanlıları bir araya gələrək milli dəyərlərini qeyd edir, müxtəlif ölkələrdə yaşayan xalqımızın nümayəndələri arasında əlaqələrin daha da gücləndirilməsi üçün müxtəlif işlərin görülməsi üçün yeni layihələr irəli sürürlər.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu bayram, əslində Həmrəylik və Səadət Günü kimi bilinir  və Azərbyacan xalqının birliyinin, səadətinin simvolu kimi qeyd olunur. Bu günü təsis etməklə Ulu Öndər Heydər Əliyev xalqın ideoloji olaraq həmrəyliyinə nail olmuşdur. Beləliklə, bu gün Azərbaycan diasporu üçün ən vacib və böyük əhəmiyyət kəsb edən bir bayrama çevrilmişdir.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyev də soydaşlarımız arasında həmrəylik ənənəsinin davamı üçün bir çox qərarlar qəbul etmişdir. Bu qərarlar içərisində  Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir. Bu fondun əsas məqəsdi xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarını qorumaq, onların qarşılaşdıqları hər cür problemin həll olunmasını təmin edən layihələr təşkil etməkdir. ADDF-in fəaliyyət planının əsasında dünya azərbaycanlılarının milli birliyini gücləndirmək dayanır.

Həmrəylik ənənəsinin davamı kimi keçirilən tədbirlər içərisində Dünya Azərbaycanlılarının V Qurultayı-Zəfər Qurultayı xüsusi əhəmiyyət kəsb edir ki, bu qurultay məhz Cənab prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilmişdir.

22 aprel 2022-ci ildə Şuşa şəhərində təşkil olunan qurultayda əsas məqsəd Azərbaycanın müstəqillik dövründə qazandığı zəfərləri qeyd etmək və dünya miqyasında azərbaycanlıların birliyinin gücünü göstərməkdən ibarət idi. Bu qurultay azərbaycanlıların bir millət olaraq bir-birlərinə olan bağlılıqlarını və həmrəyliyini daha da möhkəmləndirmək üçün vacib bir addım olmuşdur.

Aytel Hacıyəhyayeva,
Balaxanı qəsəbəsi 69 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button