Analitika

Preziden İlham Əliyevin cari ilin 10 dekabr tarixində Serbiyanın Niş şəhərində Serbiya – Bolqarıstan Qaz interkonnektorunun açılış mərasimində çıxışı

Serbiya – Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf etməkdədir. Dövlət başçılarının qarşılıqlı səfərləri onu göstərir ki,əməkdaşlıq əlaqələri davamlı olaraq inkişaf edir. Prezidentlərin şəxsi dostluğu  həmişə əlaqələrin inkişafına təkan verir. Əməkdaşlıq bəyənnaməsi əlaqələrin inkişafından xəbər verir. Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlıq sazişi bağlayır. Bu ölkəmizin qaz ixracını genişləndirir. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Avropa ittifaqı ilə Azərbaycan arasında keçən il imzalanan Anlaşma Memorandomu, 2027-ci ilə qədər Avropaya göndərilən qazı iki dəfə artırmalıdır. 2021-ci ildə Avropaya ixracımız 8 milyard olmuşdursa, bu il təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. İcra edilmiş layihələr Avropanın və asiyanın-Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Strateji əhəmiyyət kəsb edən Bakı-Tibilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün neftimizi Aralıq və Qara dənizin bazarlarına çıxartmaqdadır. 3500-kilometr olan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində böyük əhəmiyyət kəsb edir. Azərbaycan sözün əsl mənasında etibarlı tərəfdaşdır. Dostluga, tərəfdaşlıga hər zaman sadiqdir. Avropa ittifaqı ilə əlaqələri müsbət inkişaf edir. Gələcək planlarımızda yeni yaradılacaq interkonnektorlarla digər ölkə bazarlarına çıxmaqdır. Serbiya, Bolqarıstan, Şərqi Avropa ölkələri Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Bakıda keçirilməsini dəstək göstərdilər. Bu amil dostluğumuzun nümunəsidir.

Bolqarıstanın Prezidenti Rumen Redevinin çıxışında Azərbaycanla baglı vacib mesajlar vermişdir. Bu gün bizi yalnız təbii qaz  deyil, ölkələrimizi ugurlu və faydalı əməkdaşlıq baglayır. Bu gün ölkələrimiz arasındakı  layihə Avropanın enerji xəritəsini dəyişir. Layihəmiz reqion üçün təhlükəsizliyə zəmanət verir. Burada nəhayət ki, Bolqarıstan Azərbaycan qazını qəbul edə bilir. Biz on il öncə nə Avropadan, nə də ki, Azərbaycandan qaz ala bilmirdik. Bolqarıstan Prezidenti Rumen Redevi, Azərbaycan Prezidenti ilham Əliyevə təşəkkürünü bildirib. Siz sübut etdiniz ki, Bakı bütün anlaşmalara ciddi yanaşır, və burdan bütün avropalı həmkarlara bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır deyərək Bolqarıstan Prezidenti  fikrini tamamlayıb.

Səbinə Həsənova,
Yeni Azərbaycan Partiyası Nizami rayonu fəal üzvü.

Oxşar Xəbərlər

Back to top button