AnalitikaGündəm

Pakistan və Azərbaycan əlaqələri əbədi dostluğa söykənir

Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri Pakistan İslam Respublikasıdır. İki ölkə arasında diplomatik münasibətlər 32 il öncə qurulub. Dövlət və hökumət başçılarının qarşılıqlı olaraq bir-birinə səfərlər etməsi dövlətlərarası ikitərəfli əlaqələrin genişlənməsində mühüm rol oynayıb. Torpaqlarımız işğal altında olduğu dövrdə və 44 günlük müharibə zamanı Pakistan İslam Respublikası birmənalı olaraq Azərbaycanın ədalətli mövqeyini müdafiə edib. Dövlətimizin başçısı açıqlamalarında “Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır. Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanda 30 min nəfərdən çox imkansız insana qurbanlıq paylanılıb. Fond bu ölkədə həyata keçirilən silsilə humanitar tədbirlər çərçivəsində Kəşmirin Müzəffərabad şəhərində qızlar məktəbi inşa edilib, bu ölkənin Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvəndləşdirmə işləri aparılıb. Həmin əyalətin klinikalarında serebral iflicin müalicəsi təşkil olunub, açıq ürək cərrahiyyə əməliyyatları baş tutub, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə məqsədilə xüsusi laboratoriya ilə təchiz olunub, təcili tibbi yardım avtomobili hədiyyə edilib. Göz klinikasının tikintisi üçün maddi yardım göstərilib, Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil edilib. Bu, onu sübut edir ki, iki ölkə arasında ictimai, hərbi, humanitar sahələrdə əlaqələr ən yüksək səviyyədədir. Yaxın illərdə ölkələr arasında bütün sahələr üzrə yüksək nəticə əldə olunacağı şübhəsizdir. Cənab Prezident İlham Əliyevin Pakistana dövlət səfəri də bu yöndə atılmış növbəti addım kimi qiymətləndirilməlidir. Sadalanan faktlardan da göründüyü kimi, Azərbaycanla Pakistan hər zaman çətin günlərdə bir-birilərinin yanında olublar. Bu ənənə bu gün də uğurla davam etdirilir. Hər iki ölkə tərəfindən tez-tez qarşılıqlı səfərlər həyata keçirilir. Hə iki dövlət bir-birinə qarşı dəstəyini davamlı ifadə edir. Pakistan Azərbaycana görə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb. Artıq uzun illərdir hər iki qardaş ölkə hərbi və siyasi sahələrdə sıx əməkdaşlıq edir. Bu əlaqələr növbəti illərdə digər sahələrdə də sürətlə inkişaf edəcək.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button