SosialGündəm

Ötən həftə 52 nəfər xilas edilib

Ötən həftə ərzində 611 yanğına çıxış, 37 halda köməksiz vəziyyətdə qalma, 10 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

“Victorytime.az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumları tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 52 nəfər xilas edilib, 3-ü azyaşlı olmaqla 14 nəfər təxliyə olunub, 16 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Oxşar Xəbərlər

Back to top button