İqtisadiyyatAnalitika
OPEC və OPEC+ üzrə gündəlik neft hasilatı 9,3 milyon barel geriləyib

Martda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçılarından ibarət olan OPEC+ qrupu üzrə xam neft istehsalı fevral ayına nisbətən təxminən 9 milyon 360 min barel azalaraq gündəlik 42 milyon 390 min barel təşkil edib.
Aktualinfo Media Qrup xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Hesabata görə, ötən ay kartel üzrə Səudiyyə Ərəbistanında gündəlik hasilat 3,15 milyon barel, İraqda 3 milyon barel, Küveytdə 1,35 milyon barel, Birləşmiş Ərəb Əmirliklərində 1,27 milyon barel, Bəhreyndə 130 min barel və İranda isə 60 min barel azalıb.



