Analitika

Ölkəmizdə keçirilən 7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar Prezident seçkiləri Zəfər seçkisidir

Fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Prezident Əliyev andiçmə mərasimində Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı hazırkı durum və gələcək illərdə ölkənin tutacağı xətt ilə bağlı geniş nitq söyləyib.

“Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir”, prezident növbəti illərin əsas prioritetləri kimi bunları qeyd edib. Cənab İlham Əliyev ölkə inkişafının əsas istiqamətləri haqda danışanda “ordu qurculuğu”, “hərbi sənayenin inkişafı”, “sərhədlərin qorunmasının gücləndirilməsi”, “xarici risklərdən qorunmaq”, “milli birlik”, “azərbaycançılıq”, “azad edilmiş ərazilərin bərpası”, “məcburi köçkünlərin doğma yurdlarına qaytarılması”, “iqtisadi və sosial sahədə inkişaf”, “yoxsulluq və işsizliyin aradan qaldırılması”, “xarici investisiyaların cəlbi”, “monopoliyalara qarşı mübarizə”, “nəqliyyat infrastrukturu”, “tranzit imkanlarından faydalanmaq”, “texnoloji və süni intellekt sahəslərinin inkişafı” ifadələrini istifadə edib.

Cənab Prezident xarici siyasətin əsas prioriteti kimi Türk Dövlətləri Təşkilatına inteqrasiyasını göstərib. Prezident İlham Əliyev həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı ilə əməkdaşlığın genişləndirilməsini qeyd edib. Azərbaycanın dövlət başçısı Ermənistan-Azərbaycan sülh gündəliyindən danışarkən ölkə ordusunun öz gücünü göstərdiyini qeyd edib.

Təhlükəsizlik haqda danışarkən, prezident Azərbaycanda daxili risklərin olmadığını bildirib. Onun fikrincə, Azərbaycana qarşı əsas risklər xaricdə formalaşır. “Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən qorumalıyıq, həm də ideoloji risklərdən qorumalıyıq”, Prezident İlham Əliyev qeyd edib.

İqtisadi və sosial durumla bağlı danışarkən Prezident İlham Əliyev qeyd edib ki, hazırda ölkədə minimum əmək haqqı 345 manat, minimum pensiya 280 manatdır. “Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaq dinamika var, inkişaf var və ən önəmlisi, gözəl perspektivlər var”, o əlavə edib.

Azərbaycan prezidenti neft-qaz hasilatı, yaşıl enerji ilə yanaşı, qeyri-neft sektorunun da sürətli inkişafından danışıb. “Gələcəkdə bizim ixrac coğrafiyamız artacaq, təbii ki, Avropa istiqaməti üzrə”, Cənab İlham Əliyev qeyd edib.

30 il ərzində Beynəlxalq təşkilatlar tərəfindən bərpa edilməyən ədalət bu gün məhz müzəffər Ali Baş Komandanımızın müdrik siyasəti, diplomatik addımları və dəmir yumruğu nəticəsində tarixi bir ədalət olaraq bərpa edildi. Yaşasın müzəffər Ali Baş Komandan, yaşasın rəşadətli Azərbaycan Ordusu.

Murad Zeynalov,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button