Analitika

Ölkəmiz müstəqillik yolunda bundan sonra da uğurla addımlayacaq

2020- ci ilin fevralın 9-da keçirilmiş parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisə idi. Hər bir seçkilər önəmli hadisədir, bu seçkilərin xüsusiyyəti ondan ibarət idi ki, o, növbədənkənar seçkilər idi. Bu seçkilərin fevral ayında keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdən ibarət idi. Seçki prosesi uğurla keçdi və bu dəfə seçkilərə çox böyük maraq göstərilmişdir. Bunun əyani sübutu odur ki, bu seçkilərdə 1300-dən çox namizəd iştirak etmişdir. Bütün namizədlər üçün bərabər şərait yaradılmışdır, heç bir ayrı-seçkiliyə yol verilməmişdir. 1300-dən çox namizədin olması, əslində, seçkilərə onlar tərəfindən göstərilən etimadın təzahürü idi. Bütövlükdə seçki prosesi həm uğurla keçirilmiş, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdi. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı bu seçkilərdən məmnun qalmışdır və seçkilərdən sonra müşahidə olunan hadisələr bunu bir daha göstərdi.

Bir sözlə, bu seçki bir daha ölkə prezidenti cənab İlham Əliyevin siyasi xəttinin xalq tərəfindən yüksək qiymətə layiq olduğunu göstərdi. Seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf etdi. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişdir.

Beləliklə, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşdı və bu da, demokratiyanın inkişafında önəmli addım oldu. Cənab prezident İlham Əliyevin tövsiyəsinə əsasən, digər partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olundular.  Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var idi.

Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Azərbaycan dövləti bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcək və  Azərbaycan parlamenti də bu işdə daim fəal olacaq.

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button