AnalitikaGündəmSosial

Novruz xalqımızın bütün varlıqlarını özündə cəmləşdirən bayramdır

Novruz bayramı bəşəri və milli mənəvi dəyərləri ehtiva edir. Novuz bayramı qədim İran mədəniyyətindən yaranmış və digər türk mənşəli xalqlar arasında da paylaşılmış bayramdır. Qədim zamanlardan etibarən Azərbaycan, İran, Əfqanıstan, Tacikistan və digər şərq ölkərində Novruz bayramı,yazın calanması və təbiətin yenilənməsi münasibətilə böyük şənliklərlə qeyd olunub. 2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü”elan edilmişdir. Novruz bayramının mənşəyi qədimdir. Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüssiyyətlərinə uyğun, özünəməxsus adətlər, oyunlar, nəğmələr yaratmışdır. Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin,təbiətin canlanmasının,əkinçiliyin rəmzidir. Kəndli səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır. Tullanarkən bu sözlər deyilir: “Sarılığım sənə, qırmızlığın mənə”. Tonqal heç vaxt su ilə söndürülmür. Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yayılım atəşləri açılır. Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə adları “S” hərfindən başlayan yeddi növ xörək olmalıdır. Bundan başqa masanın üstünə güzgü və şamlar qoyulur. Bunlarında öz rəmzi mənası var:şam-od,işiq deməkdir,güzgü-aydınlıq rəmzidir. Həmçinin süfrəyə boyanmış yumurtalar da qoyulur. Daha sonra həmin yumurtalarla yumurta döyüşləri keçirilir. Ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır.Xalq arasında deyirlər: ”Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan”. Keçmişdə bir qayda olaraq,çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işiqlar söndürülmür. Həmçinin ənənəyə görə Novruzun birinci günüyaz, ikinci-yay, üçüncü-payız, dördüncü gününü isə qış sayırlar. Əgər birinci günü küləksiz və yağmursuz olarsa,deməli bu yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə yağmurlu külək olsa deməli bütün yaz belə olacaq. Qalan üç günlərdə də yayın, payızın və qışın necə olacağı təyin olunurdu. Novruz şən və sevimli bayramdır.

Novruz xalqımızın bütün varlıqlarını özündə cəmləşdirən bayramdır. “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlardan, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi qeyd edərək biz istəyirik ki, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki,ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir”. Bu fikirləri Ulu Öndər Heydər Əliyev 21 mart 2000-ci ildə çıxışı zamanı söyləmişdir. Çünki Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərliyinin hələ birinci dövründə milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmış,hətta keşmiş imperiyanın sərt rejimi dövründə belə Novruz bayramının yüksək səviyyədə keçirilməsinə nail olmuşdur. Təbii ki xalqımızın ümdə bir arzusu var idi. İşğal olunmuş torpaqlarımızın azad olunması və həmin ərazilərdə digər bayramlarla bərabər Novruz bayramının da qeyd olunması. 20 mart 1998-ci ildə köçkünlər üçün keçirilən Novruz şənliyində Ümumimilli lider Heydər Əliyev bu haqda qeyd etmişdir:” Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri ili Laçında,o biri ili Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır” Müzəffər Ali Baş Komandan İlham Əliyev həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasəti ilə xalqımızın arzusunu və Ulu Öndərin vəsiyyətini reallaşdırdı. Sevindirici haldır ki, Novruz bayramı işğaldan azad olunmuş torpaqlarımızda,doğma Qarabağımızda qeyd olunur. “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!”deyən, möhtərəm Prezidentimiz İham Əliyev həm də 30 illik bir həsrətə son qoydu,müdrik Azərbaycan xalqının arzularını, istəklərini reallaşdırdı. Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyev qətiyyəti,şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi toraqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. İkinci Qarabağ müharibəsində əldə olunmuş Zəfərlə Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırıb. Bu il də Novruz bayramının düşmən tapdağından azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günləri sırasına daxil olur. Bizi dünyaya məğrur millət olaraq tanıdan və ruhumzun yenilməzliyinin təntənəsinə çevrilən şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir.

Pərvin İsmayılova,
Maştağa qəsəbəsi, 187 nömrəli məktəbin Fizika müəllimi 

Oxşar Xəbərlər

Back to top button