Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Neymarın komandadan ayrıldığını açıqlayıb.
Victorytime.az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesablarında məlumat yayıb.
Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
Mətbuatda Neymarın 2009-2013-cü ilə qədər forma geyindiyi “Santos”da karyerasını davam etdirə biləcəyi ilə bağlı məlumatlar yer alıb.
Xatırladaq ki, Neymar 2023-cü ilin yayında 90 milyon avroya PSJ-dən “Əl-Hilal”a keçib. O, bu mövsüm Səudiyyə klubunun heyətində bütün yarışlarda iki oyun keçirsə də, qol vura bilməyib.