Münaqişədən sonra inkişaf və əməkdaşlıq
Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: “ münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edib. Bu konfransın mövzusu münaqişədən sonra inkişaf və əməkdaşlıqdır. Münaqişədən sonrakı inkişaf mövzusuna toxunmazdan əvvəl başa düşülməlidir ki, bizim torpaqlarımız 30-ilə yaxın işğal altında olub. Biz ailə üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanların taleyini bir kənara qoya bilmərik. Biz Ermənistan və qondarma “Dağlıq Qarabağ rejiminin” rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq. Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq oluqca vacibdir. Bu yaddaş qəlblərimizdə yaşayacaq. Eyni zamanda, biz gələcəyə baxmalıyıq. Biz artıq həmin torpaqlara qayıdaraq işğalçı erməni qüvvələrinin bizim tarixi və dini abidələrimizi, şəhər və kəndlərimizi necə viran etdiyinin şahidiyik.
Azərbaycan innovasiya, texnologiya və taktika ilə yanaşı misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanmışdır. Ermənistan münaqişənin dinc yolla həllini qəbul etmədi və nəticədə müharibədə məğlub oldu. Biz torpaqları azad edəndən sonra orada 100 milyonlarla dollar hesabına başa gəlmiş nəhəng istehkamlar, minalanmış sahələr və müdafiə sədlərinin qurulduğunun şahidi olduq. Aydındır ki, onlar bunu torpaqlarımızı əbədi işğal altında saxlamaq üçün etmişlər.
Ağdam və digər ərazilərə qayıdacaq keçmiş qaçqınlar ermənilərin onların torpaqlarına, əzizlərinin qəbirlərinə, dini abidələrinə nə etdiyini görəcəklər. İşğaldan azad edilmiş ərazilərin bəzi yerlərində, məsələn, Laçında, Kəlbəcərdə külək enerjisi üçün nəhəng potensial var. Cəbrayılda, Zəngilanda günəş enerjisi və su üçün nəhəng potensial var. Laçın və Kəlbəcəri azad edəndən sonra biz əsas su ehtiyatlarımıza çıxış əldə etmişik. Çünki Qarabağdakı erməni əhalisinin istifadə etdiyi su ehtiyatlarımızın əksər hissəsi öz mənbəyini oradan alır. Hazırda biz ermənilərin müharibə bitəndən sonra Kəlbəcəri tərk edənədək dağıtdığı 12 su elektrik stansiyasının bərpası prosesindəyik. Sözsüz ki, biz həmin ərazilərdə xüsusi yaşayış standartları yaratmaq istəyiri, çünki oraya qayıdacaq insanlar 30 il əziyyət çəkiblər. Onların layiqli həyata ehtiyacı var. Ona görə də “ ağıllı kənd “ üzrə ilk pilot layihə artıq başlanılıb, şəhər planlaşdırılmasına başlanılıb. Biz açıq şəkildə qüdrətli ordu qururuq. Dövlət büdcəmizin ən böyük hissəsi hərbi quruculuğa sərf edilib.
Nəsirova Ofelya,
KBTRL-nin tarix müəlliməsi