İqtisadiyyat

Misir Azərbaycanla enerji sahəsində genişmiqyaslı əməkdaşlıqda maraqlıdır

Energetika naziri Pərviz Şahbazovla Misirin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Reda arasında görüş keçirilib.

Aktualinfo Media Qrup Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin və əldə olunmuş razılaşmaların əhəmiyyəti vurğulanıb.

Misirin Azərbaycanla genişmiqyaslı enerji əməkdaşlığında maraqlı olduğu ifadə edilib. Bu kontekstdə SOCAR və EGPC arasında geniş əməkdaşlığı əhatə edən Çərçivə Sazişinin imzalanması yüksək qiymətləndirilib.

Görüş zamanı “Elsewedy Electric S.A.E.” şirkəti ilə bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanlarına da toxunulub. Birgə layihələrin həyata keçirilməsi perspektivi Azərbaycanda gələcəkdə məlumat mərkəzlərinin artması ilə elektrik enerjisinə tələbatın və ixrac imkanlarının yüksəlməsi müstəvisində nəzərdən keçirilib.

Bundan əlavə, Misir tərəfi “Bakı Enerji Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə geniş tərkibdə iştiraka dəvət olunub.

Oxşar Xəbərlər

Back to top button