AnalitikaGündəm

Milli birliyimizin zirvəsi

Azərbaycan xalqının qəlbində  sağalmaz yara var idi-Qarabağ. 30 il bu həsrətə ağrı acılara dözdük. 2020-ci il 12 iyul tarixində baş verən Tovuz döyüşlərində generallarımızın və əsgərlərimizin həlak olması səbr kasasının daşmasına səbəb oldu. Hər kəs küçələrə axışaraq qisas zamanı gəldiyini bildirirdi.  2020-ci il 27 sentyabr tarixində əks hücum hərəkatı başladı və gözlənilən an, Qarabağ torpaqlarına addım-addım yaxınlaşmağın zamanı gəldi.

Ali Baş Komandan Cənab İlham Əliyev’in xalqa müraciəti bizləri daha da ruhlandırırdı. Əsgərlərlə birgə xalqın da gözünü qan bürümüşdü. Birlik zamanı gəlib çatmışdı. Səngərdə əsgərlərimiz, səngər arxasında isə millət bir-birinə dəstək verirdi. Xalqımız eyni zamanda kiber hücumlarla da vuruşurdu. Axı düşmən səngərdə məğlub olduğunu qəbullanmışdı.

Dövlətimiz hər zaman olduğu kimi  müharibə zamanı da əsgərlərimizi yüksək səviyyədə hər şeylə təmin edirdi. Azərbaycan xalqının ruhunda olan birlik atəşi insanları daha artıqlarını etməyə sanki vadar edirdi. Kimisi təqaüdünü son qəpiyinə kimi Yaşat Fonduna yatırım edir, kimisi bağından yığıb satmağa apardığı meyvələri yol üstündə olan  əsgərlərə verir, kimisi əlindən gəldiyi qədər lazımlı əşyaları bağlama şəklində əsgərlərə göndərirdi. Hələ bu harasıdır… Uşaqlar da əsgərlərimizə dəstək məqsədli məktublar yazırdılar. O dəstək məktubları  kimisinə övladından,kimisinə bacısından,qardaşından göndərilirdi.

Düşünürsünüz ki, bunlarla kifayətlənir Azərbaycan xalqı? Xeyr.  Erməni vandalları Gəncə şəhərini 5 dəfə ayrı-ayrı zamanlarda dinc insanları (uşaqlar, qadınlar, yaşlı insanlar) raket hücumuna məruz qoyması nəticəsində 27 nəfər şəhid, 125  nəfər isə yaralanmışdı. Eyni zamanda raket hücumuna məruz qalan ərazilərimizdən biri də Bərdə rayonudur ki, burada da 27 nəfər şəhid, 80 nəfər isə yaralanmışdı. Buna baxmayaraq xalqın qəlbindəki qisas hissi sönmədi. Xarici ölkələrdən gələn müxbirlərin vətəndaşlarımızdan aldığı müsahibələrdən də Vətən eşqi hiss olunurdu. Hətta raket hücumuna məruz qalan Gəncə vətəndaşı müsahibəsində “ Biz qan görəndə qorxmuyoruz, nabarod qızışıyoruz” deməsiylə bildirdi ki, qəhrəman Azərbaycan xalqı canı bahasına belə olsa Vətən torpağı uğrunda döyüşməyə hər zaman hazırdır.

44 günün sonunda Cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ermənistan rəhbərliyi ağ bayraq qaldıraraq məğlubiyyətini elan etdi və atəşkəs bəyanatına imza atmaq məcburiyyətində qaldı. Həmin gecə hər kəsin gözü  ekranlarda idi. İmzaların atılmasıyla  qələbə sevinciylə hər kəs küçələrə axışaraq yollarda şanlı mavi səmalı, al yanaqlı, yaşıl donlu şanlı Azərbaycan bayrağı dalğalandırıldı. Şəhidlər Xiyabanına axışan insanlar məzarları ziyarət edərək  1-ci Qarabağ müharibəsi Şəhidlərinin qanlarının yerdə qalmadığını məzar daşlarına qərənfil dəstələri düzərək bildirdi.

Ali Baş Komandanımız Cənab İlham Əliyevin, əsgərlərimizin igidliyi, xalqın bir yumruq altında “Dəmir Yumruq’ dövizi altında birləşməsi nəticəsində  doğma Qarabağ torpaqları əsl sahiblərinə qayıtdı. İlham Əliyev öz çıxışında bildirmişdi ki, ata vəsiyyəti uğurla yerinə yetirildi. Buna görə Allah’a sonsuz şükürlər olsun. Allah şəhidlərimizə rəhmət etsin. Bu xalqa qələbə çox yaraşır.

Xoşbəxt İsayeva,
Sabunçu qəsəbəsi, 215 nömrəli tam orta məktəbin Müəllimi

Oxşar Xəbərlər

Back to top button