Analitika

Mədəni əlaqələrin inkişafı hər iki ölkə üçün mühüm yer tutur

Müstəqil Azərbaycan və Bolqarıstan arasındakı münasiblətlər isə 1991-ci ildən bəri inkişaf edir. Bolqarıstan Respublikası ölkəmizin müstəqilliyini 14 yanvar 1992-ci il tarixində tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər 5 iyun 1992-ci ildə qurulub. Bolqarıstan Azərbaycanın 28-ci siyasi tərəfdaşıdır. Bundan sonra iki ölkə arasında səfirliklər açılıb. Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu ildə fəaliyyətə başlayıb. 2004-cü ildə isə Prezident İlham Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin təsis edilməsi haqqında Sərəncam imzalayıb.Azərbaycan və Bolqarıstanın mədəni və siyasi-iqtisadi sahədə əməkdaşlığı, iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da güclənməsinə və bölgədə mövqelərinin artmasına kömək edir. Mədəni əlaqələrin inkişafı hər iki ölkə üçün mühüm yer tutur. Bu baxımdan bir sıra şəhərlərimiz qardaşlaşıb, hər iki ölkənin yumor şəhərləri olan Şəki-Qabrovo, Naxçıvan-Veliko-Tırnovo, Sumqayıt-Burqas, Gəncə-Plovdiv şəhərləri arasında əlaqələr genişlənib, həmçinin muzey və tarixi yerlərdə qarşılıqlı olaraq yenidənqurma və bərpa işləri görülüb. Heydər Əliyev Fondunun dəstəyi ilə Trapezitsa memarlıq muzey-qoruğu, Qərb divarının yenidən qurulmasına və Bolqarıstanda  orta əsrlər dövrünə aid 3 kilsənin yenidən qurulmasına maliyyə yardımı göstərib.Ölkələrimiz arasındakı əməkdaşlığın inkişaf etməsi məqsədilə çoxsaylı hökumət nümayəndələri, iş adamları və müxtəlif sahələrdə təcrübəli fərdlər arasında görüşlər, forumlar, tədbirlər keçirilir. Bu görüşlər zamanı Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar və sahələr müzakirə edilir. Bu baxımdan, 2021-ci ildə imzalanmış Azərbaycan və Bolqarıstan arasında gediş-gəliş və sənaye əməkdaşlığına dair saziş mühüm yer tutur. Müqavilə iki ölkənin əməkdaşlığı üçün əhəmiyyətli bir addım hesab edilir. Bu saziş iki ölkə arasında ticarət əlaqələrini gücləndirmək, sənaye əməkdaşlığını inkişaf etdirmək və s. üçün imkanlar yaradır.Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsi də əhəmiyyətli yer alıb. Hədəf ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını indiki 17,3 faizdən 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır. Bu istiqamətdə inamlı addımlar atılır. Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri – 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan edib. Burada artıq bir neçə su-elektrik stansiyası inşa edilib və fəaliyyətə başlayıb. Günəş və külək-elektrik stansiyalarının yaradılması ilə bağlı isə konkret planlar var. Bir sözlə, həmin bölgələrin potensial imkanı böyükdür.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button