Makron Qazaxıstandadır
Fransa Prezidenti Emmanuel Makron Qazaxıstana rəsmi səfər edib.
Victorytime.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Makronu Astana hava limanında Qazaxıstanın Baş naziri Alixan Smailov qarşılayıb.
Məlumata görə, səfər çərçivəsində Qazaxıstan və Fransa Prezidentləri arasında görüş keçiriləcək. Sözügedən görüşdə isə iki ölkə arasında iqtisadi-ticarət, investisiya və enerji sahələrində əməkdaşlıq, eləcə də beynəlxalq və regional məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Bununla yanaşı, Fransanın “Electricite de France S.A.” (EDF) şrkətinin Qazaxıstanda Atom Elektrik Stansiyasının inşasında iştirak etməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, oktyabrın 31-i “Bloomberg” agentliyi Makronun Qazaxıstan və Özbəkistana səfər edəcəyini yazmışdı. Agentlik Fransa liderinin sözügedən ölkələrə səfərini Fransanın uran tədarükünü artırmaq istəyi ilə əlaqələndirilib.