AnalitikaGündəm

Laçın şəhərinin mərkəzində milli bayrağımız fəxarətlə dalğalanır

Hazırda Laçın rayonu inkişafının yeni mərhələsini yaşayır. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq bütün başqa rayonlar kimi Laçın rayonu da bərpa olunur, laçınlılar da öz doğma yurduna qayıdırlar. İndiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib.

Azərbaycan xalqı tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdi. Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıblar, həyat qayıdıb. Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Hər bir azərbaycanlı, Azərbaycanın hər bir yerində bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları qürur hissi ilə yaşayırlar ki, biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu gün artıq azadlığına qovuşmuş Laçın şəhəri bərpa edilir, yenidən qurulur, inkişafının yeni mərhələsini yaşayır. Laçın şəhərinin mərkəzində milli bayrağımız fəxarətlə dalğalanır.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button