AnalitikaGündəm

Laçın rayonu inkişafının və tərəqqisinin yeni mərhələsini yaşayır

“Sirr deyil ki, Laçın rayonunun işğalı AXC-Müsavat cütlüyünün çirkin xəyanətinin nəticəsi olub. 1992-ci ildə Şuşadan sonra Ermənistanın işğalı altına düşmüş Laçın vandalizmə məruz qalıb, rayonun təbii resursları talan edilib, demoqrafik tərkibinin dəyişdirilməsinə cəhdlər olub”.

Bunu “Victorytime.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, həmin dövrdə AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi: “Heç şübhəsiz ki, Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdu. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etdi və bu da daha böyük faciələrə yol açdı. Məhz bundan sonra Kəlbəcər işğal altına düşdü”.

“Lakin 28 il sonra Azərbaycan xalqı beynəlxalq qanunların aliliyini və tarixi ədaləti özü bərpa etdi” – deyən Ramil Vəlibəyov əlavə edib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun və xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, kapitulyasiya etmiş Ermənistan dekabrın 1-də Laçın rayonunu təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Onu da əlavə edək ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 26 avqust tarixi Laçın şəhəri günü kimi müəyyən olunub”.

Ramil Vəlibəyov vurğulayıb ki, hazırda Laçın rayonu inkişafının yeni mərhələsini yaşayır. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq bütün başqa rayonlar kimi Laçın rayonu da bərpa olunur, laçınlılar da öz doğma yurduna qayıdırlar. İndiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib.

Oxşar Xəbərlər

Back to top button