AnalitikaGündəm

Konstitusiya Günü Azərbaycanın hüquqi və siyasi həyatında yeni bir dövrün başlanğıcıdır

12 noyabr – Konstitusiya Günü, Azərbaycanın hüquqi və siyasi həyatında yeni bir dövrün başlanğıcıdır. Azərbaycan Konstitusiyası, ölkənin müstəqil dövlət quruluşunun təməlini qoyan, hüquqi dövlətin və demokratiyanın inkişafına yönəlmiş bir sənəd olaraq önəmli rol oynayır. Bu tarix, həm də Azərbaycan xalqının daha demokratik, azad və hüquqi cəmiyyətə doğru inkişafının simvolu olmuşdur. Hər il 12 noyabrda keçirilən tədbirlər, Konstitusiyanın verdiyi hüquq və azadlıqlardan istifadə etməklə ölkənin gələcək inkişafına töhfə verən bir əhəmiyyətli gündür.

Azərbaycan Konstitusiyası dövlətin ərazi bütövlüyünün qorunmasını hüquqi vəzifə kimi müəyyən etmişdir. Lakin Ermənistanın 30 il davam edən işğalçılıq siyasəti bu hüququn təmin olunmasına maneə yaradırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər bu hüququn bərpası ilə nəticələndi. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin edərək, Konstitusiyanın təsbit etdiyi əsas prinsipin gerçəkləşməsini təmin etdi. Bu qələbə yalnız torpaqlarımızın azad olunması ilə məhdudlaşmadı. Bu, həm də dövlətimizin hüquqi, siyasi və diplomatik mövqelərinin möhkəmlənməsinə səbəb oldu.

1978-ci il aprelin 21-də Azərbaycan SSR-in yeni, ölkə tarixində yeni mərhələnin reallıqlarını əks etdirən Konstitusiyası qəbul edildi. Azərbaycan müstəqillik əldə edəndən sonra yeni Konstitusiya hazırlanması zərurəti yarandı. Bu məqsədlə Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmışdı. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda xalqın iradəsinə uyğun olaraq bu yeni Konstitusiya qəbul edildi. 1995-ci il Konstitusiyası Azərbaycan Respublikasında dövlət quruculuğunun əsasını qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyasının mətni 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Noyabrın 12-si ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd edilir.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button