AnalitikaGündəm

Kəlbəcərin azad edilməsi önəmli tarixi hadisə idi

44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun bütün yaşayış məntəqələri işğaldan azad edildi. Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa işləri görülür. İşğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin diqqət və nəzarəti altında Kəlbəcərdə kompleks işlər sürətlə həyata keçirilir. Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun, Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməli qoyulmuşdur. Artıq Kəlbəcər şəhərinin müfəssəl Baş planı da hazırlanıb. Kəlbəcərin özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələrinin də araşdırıldığı Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Ümumiyyətlə, Kəlbəcərin 77,3 min nəfər (keçmiş Ağdərə rayonunun ləğvi ilə əlaqədar Kəlbəcər rayonunun inzibati ərazisinə daxil edilmiş yaşayış məntəqələri üzrə əlavə 18 min nəfər də nəzərə alınmalıdır, ümumilikdə rayon əhalisi təxminən 95300 nəfər təşkil edir) əhalisinin 1 şəhər, 1 qəsəbə və 56 kənddə yerləşdiriləcəyi planlaşdırılır. Bununla bərabər, dövlət sərhədlərimizin toxunulmazlığı, əhalimizin təhlükəsizliyinin təmin olunması üçün mühüm tədbirlər görülür. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button